DÜNYA
“Nikkey” indeksi cari ili 26 ilin ən yüksək göstəricisi ilə başa vurub
Tokio, 30 dekabr, AZƏRTAC
Tokio Fond Birjasının (TFB) son iş günündə “Nikkey” indeksi qismən eniş nümayiş etdirib. AZƏRTAC xəbər verir ki, buna baxmayaraq, həmin indeks son altı ildə davamlı şəkildə göstəricilərini yüksəltməkdə davam edib. Bundan əlavə, birjanın son günündə son 26 ilin ən yüksək göstəricisi olub.
Dekabrın 29-da TFB-də ilin son günü ilə bağlı çoxsaylı hadisələrlə yaddaqalan mərasim keçirilib. Səhmlər bazarının Yeni il bayramı ilə əlaqədar beş gün bağlı olacağı gözlənilir.
Cari ilin son iş gününü “Nikkey” indeksi 22 764 bəndlik göstərici ilə ili başa vurub. Bu, bir gün əvvəlki göstəricidən 0,08 faiz aşağıdır.
Başa çatmaqda olan il ərzində “Nikkey” indeksi 19 faiz artıb ki, bu da son 26 ilin ən yüksək göstəricisi hesab edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio