Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nizami Cəfərov: Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir

Nizami Cəfərov: Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir

Bakı, 16 aprel, AZƏRTAC

  Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” elmi ictimaiyyət arasında geniş rezonans doğurub. Milli Məclisin deputatı, akademik Nizami Cəfərov AZƏRTAC-a göndərdiyi məqalədə “Sözlük”lə bağlı səslənən bəzi fikirlərə münasibət bildirib. Məqaləni təqdim edirik.
 
Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” mütəxəssislər arasında həm böyük maraq doğurub, təqdirlə qarşılanıb, həm də müəyyən mübahisələrə rəvac verib ki, bu, tamamilə təbiidir... Əlbəttə, əsas “anlaşılmazlıq” ondan ibarətdir ki, lüğət tərtibi sahəsində kifayət qədər təcrübəsi olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ənənəvi fəaliyyət sferasına nə üçün başqa bir qurum müdaxilə edib. Ancaq məsələ burasındadır (və “Sözlüy”ü görməmiş onun “tənqid”inə qalxanların mülahizələrinin əsassızlığı onda ifadə olunur) ki, hər hansı lüğət, o cümlədən orfoqrafiya lüğəti və ya sözlüyü peşəkar yaradıcılıq işidir, hansısa təşkilatın monopoliyasında deyil.

Ona görə də son günlər ara-sıra səsləndirilən belə bir fikir təəssüf doğurur ki, guya Dilçilik İnstitutunun nəşr etdirdiyi orfoqrafiya lüğətlərindən başqa, bütün digər müvafiq lüğət və sözlüklər bu və ya digər dərəcədə “köçürmə”dir... Yəqin ki, heç kəs İnstitutun bu sahədə gördüyü işlərə (və qazanılmış təcrübəyə) nihilist yanaşa bilməz. Bununla belə, Azərbaycan dilinin (və dilçiliyinin) müasir inkişaf səviyyəsi tələb edir ki, lüğətlərin, eləcə də orfoqrafiya lüğətinin tərtibi işinə elmi əsaslarla, intellektual məsuliyyətlə yanaşılsın. Ənənənin qorunması vacibdir, ancaq bu, o demək deyil ki, Azərbaycan dilinin ilk orfoqrafiya (imla) lüğətinin tərtibi prinsiplərindən kənara çıxmayıb hər yeni nəşri kəmiyyətcə “zənginləşdirəsən”.

Opponentlər belə bir yanlış təsəvvür yaratmağa çalışırlar ki, guya “Sözlük” tez-tələsik hazırlanıb nəşr edilib. Halbuki bu əsər neçə illərin ardıcıl araşdırmalarının məhsuludur və görülən işlər barədə mətbuatda vaxtaşırı məlumat da verilib. Lakin nədənsə o zaman ciddi tənqidə məruz qalan lüğətin müəllifləri “müdrikcəsinə” susurdular.

Fakt isə faktlığında qalır: Tərcümə Mərkəzini yeni orfoqrafiya sözlüyü tərtib etməyə hər hansı bir ambisiya deyil, mövcud lüğətlərin çoxsaylı prinsipial qüsurları təhrik edib ki, bu barədə “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün “Ön söz”ündə müxtəsər (lakin konkret maddələrlə) bəhs olunduğuna görə təfsilata varmaq istəmirik.

Fikrimizcə, ən böyük qüsur ondan ibarətdir ki, lüğətin tərtibçiləri iltisaqi quruluşlu Azərbaycan dilində söz anlayışını düzgün müəyyən etməkdə çətinlik çəkiblər. İltisaqi dillər həm morfoloji, həm də sintaktik yolla geniş söz yaradıcılığı imkanlarına malikdir və bu imkanları gerçəkləşdirən - xalqın ümumi (kütləvi) dil təfəkkürüdür. Odur ki, mövcud imkanlardan sui-istifadə edib süni sözlər yaratmağa (və bunları lüğətlərdə təsbit etməyə) heç kimin ixtiyarı yoxdur.

Azərbaycan lüğətçiliyində keçən əsrin 50-ci illərindən qaynaqlanan belə bir yanlış “təcrübə” hökm sürür ki, guya bədii, elmi, publisistik və s. mətnlərdə hər hansı bir söz işlənibsə lüğətə daxil edilə bilər... Hərçənd nəzərə almaq lazımdır ki, həmin mətnləri təqdim edənlər içərisində çox sayda fərdi nitq zövqü (və mədəniyyəti) olduqca impulsiv, şübhəli, hətta hər cür normativlikdən uzaq müəlliflər də vardır.

Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib, onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar. Həmin əməkdaşlardan biri Tərcümə Mərkəzinin təşəbbüsünə münasibət bildirərkən Mərkəzin “araşdırmaları” (dırnaq arasında) ifadəsini işlədərək guya görülən işlərə öz aləmində rişxənd edir və bununla da kifayətlənməyib özündə “Sözlüy”ün tərtibçisinə dərs vermək cəsarəti tapır:

“Hər bir elmi sahədə müəyyən qayda-qanunlar gözlənildiyi kimi, leksikoqrafiyanın da öz qanunları vardır. Azərbaycan leksikoqrafiyasının nəzəri cəhətdən işlənməsi ilk dəfə professor Əliheydər Orucov tərəfindən 1965-ci ildə “Azərbaycan dilinin filoloji izahlı lüğətinin nəzəri əsasları” əsərində işlənmiş və burada izahlı lüğətə sözlərin daxiledilmə prinsipləri müəyyənləşdirilmişdir. Sonralar çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş, digər dünya universitetlərindən fərqli olaraq, bizim ali məktəblərdə lüğətçiliyə aid maarifləndirici bir fənn tədris edilməmişdir. Bəlkə də, bu səbəbdəndir ki, sözlərin lüğətə daxil edilməsi ilə bağlı lüğətçilikdən bixəbər bu qədər yazılarla üzləşirik”.

“Sözlüy”ü “plagiat” adlandıranlara şəxsən öz adından və çalışdığı şöbədəki “bütün lüğətçilər adından” təşəkkür edən müəllifin yazısından misal gətirdiyimiz yuxarıdakı mətnin elə bir cümləsi yoxdur ki, ən azı iki-üç sual doğurmaya... Adamdan soruşmazlarmı ki, ay “lüğətçi”, camaata “leksikoqrafiya dərsi” keçirsən, ancaq leksikoqrafiyanın nə tarixindən xəbərin var, nə nəzəriyyəsindən, nə də təcrübəsindən... Sənin özünü (və nəinki lüğətçiliyin, ümumən dilçiliyin nə olduğunu elə sənin qədər bilən şöbə əməkdaşlarını) uzunmüddətli kursa göndərib maarifləndirmək lazımdır ki, cümlənin bitmiş fikir ifadə etdiyini, cümlələr arasında ideya-məzmunca əlaqənin nədən ibarət olduğunu öyrənəsən...

İzahlı lüğət öz yerində, Tərcümə Mərkəzi hələ ki, orfoqrafiya sözlüyü tərtib edib. Tamamilə təbiidir ki, həmin “Sözlüy”ün tərtibində mövcud təcrübələrə, xüsusən də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin təxminən yüz illik təcrübəsinə əsaslanıb.

Buna “plagiat” deyirsinizsə, Vəli Xüluflunun “İmla lüğəti” hələ bir yana, Əliheydər Orucovdan sonra (və get-gedə korlanaraq!) ortaya çıxan müvafiq nəşrlərin adı nədir?...

Maraqlı və Azərbaycan dili orfoqrafiya lüğətçiliyi tarixi üçün “ibrətamiz”dir ki, “lüğət”in son nəşrinin tərtibçilərindən biri öz məqaləsində hamımızın bildiyi həmin tarixi bir daha yadımıza saldıqdan sonra “Sözlük”lə yanaşı, hətta “Məktəblinin orfoqrafiya lüğəti”ni də “plagiat” hesab edir... Bizim “lüğətçilər” doğrudanmı bilmirlər, yaxud “Sözlüy”ün nəşri onları o qədər çaşdırıb, bilmək istəmirlər ki, hər bir orfoqrafiya lüğəti və ya sözlüyü bu və ya başqa məqsədlə, məhz rəsmi olaraq təsdiq edilmiş orfoqrafiya qaydaları əsasında hazırlanır. Həmin lüğətin və ya sözlüyün dəyəri qaydalara əməl etməsində deyil, çünki bu, normativ (!) şərtdir. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşrinin əsas qüsuru ondadır ki, müasir Azərbaycan ədəbi dilinin “söz”ü barədəki kifayət qədər mükəmməl elmi, nəzəri, (və təcrübi) təsəvvür və ya prinsipləri pozub!.. Yəni “Azərbaycan dilinin işlək orfoqrafiq sözlüyü”nün “Ön söz”ündə deyildiyi (və “Sözlük”də əməl olunduğu) kimi, həddindən artıq arxaik sözlər, dialektizmlər, yalnız ayrı-ayrı mütəxəssislərə məlum olan terminlər, ümumiyyətlə, “söz” anlayışından kənara çıxan qrammatik “törəmələr” və s. orfoqrafiya lüğətinə düşə bilməz...

Əyri oturaq, düz danışaq... Necə ola bilər ki, “lüğət”in bir belə qüsurlarını aradan qaldıran “Sözlük” “plagiat” hesab edilsin?.. “Sözlük” “lüğət”i əvəz edə bilməz” nə deməkdir?.. Səbəb nədir ki, “lüğətçilər” həm deyirlər ki, professor Əliheydər Orucovdan sonra “çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş”dir, həm “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlarını ört-basdır etməyə çalışırlar, həm də iş görənə qara yaxıb öz adlarını başqasına qoyurlar?...

Tərcümə Mərkəzi sözlə işləyən, ən incə məna çalarlarından başlamış yazılış qaydasına qədər sözə ciddi diqqət yetirən (və bu sahədə çox tez-tez, eyni zamanda, tamamilə təbii olaraq, müxtəlif problemlərlə üz-üzə gələn), başlıcası isə istər milli, istərsə də beynəlmiləl miqyasda canlı nitq (və dil təfəkkürü) proseslərinin içərisində olan bir qurumdur. Ona Afaq Məsud kimi böyük novator yazıçı (söz ustası!) rəhbərlik edir... “Sözlük” isə eyni zamanda, “kifayət qədər inkişaf etməmiş” “leksikoqrafiya nəzəriyyəsi” “mütəxəssisləri” üçün vaxtında tərtib olunmuş elə bir orijinal (və uğurlu) dərslikdir ki, xırda “mənəm-mənəmlik” hisslərindən yox, bu gün Azərbaycanda inamla həyata keçirilən dövlət dil siyasəti qarşısında elmi, intellektual, mədəni məsuliyyətdən, ana dilinə hörmət və ehtiramdan yaranmışdır. Ümid edirik ki, “Sözlük” hazırlanarkən Azərbaycan orfoqrafiya lüğətçiliyinin təcrübəsinə istinad olunduğu kimi, Nəsimi adına Dilçilik İnstitutunun lüğətçiləri də dedi-qodunu bir tərəfə atıb, gələcək işlərində “Sözlüy”ün təcrübəsindən faydalanmağa üstünlük verəcəklər.

O ki qaldı, “arxada” dayanaraq ara qarışdırıb ziddiyyət yaratmaqla öz nüfuzlarını qoruyub saxlamağa çalışanlara, belələrinin də aqibəti irəlicədən hər kəsə məlumdur...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib