ELM VƏ TƏHSİL
Nobel mükafatçıları AMEA-nın Fizika İnstitutunda olublar
Bakı, 1 oktyabr (AZƏRTAC). IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatçıları Robert Betts Laflin, Corc Smut və başqaları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.
Fizika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Nobel mükafatçıları elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov ilə görüşüblər.
Direktor N.Məmmədov qonaqları elmi müəssisənin əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fonduna təqdim etdikləri layihə çərçivəsində alınmış cihazlarla, həmçinin, alimlərin elmi fəaliyyətləri ilə tanış edib.