DÜNYA
Nobel sülh mükafatı Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilata verilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). 2013-cü il üçün Nobel sülh mükafatını Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilat (KSQET) almışdır.
Bunu cümə günü Norveç Nobel Komitəsində elan etmişlər.
Komitənin bəyanatında deyilir ki, mükafat “kimyəvi silahın ləğv edilməsi sahəsində genişmiqyaslı səylərinə görə” verilmişdir.
Sentyabrın axırlarında KSQET hökumət əleyhinə silahlı qruplaşmalarla qarşıdurmada olaraq bu təşkilata qoşulan Suriyada kimyəvi silahın məhv edilməsinə dair planı təsdiqləmişdir.
Plana görə, ekspertlər 30 gün ərzində kimyəvi silahla bağlı Suriya hökumətinin göstərdiyi bütün obyektləri öyrənməli və ən qısa müddətdə KSQET-ə üzv ölkələrin göstərə biləcəkləri digər obyektlərə baş çəkməlidirlər.
Kimyəvi silah istehsalı üçün lazım olan avadanlığı 2013-cü il noyabrın əvvəlində, bütün kimyəvi cəbbəxanaları isə 2014-cü ilin birinci yarısında məhv etmək planlaşdırılır.
Sentyabrın axırlarında Dəməşq yaxınlığında kimyəvi silah hücumu barədə kütləvi informasiya vasitələrində xəbərlər yayılmış daha sonra BMT-nin kimyəvi silah üzrə ekspertləri təsdiqləmişlər ki, kimyəvi silah hücumu olmuşdur.