DÜNYA
Növbəti “iPhone” modelinin təfərrüatları məlum olub
Bakı, 14 iyun, AZƏRTAC
“Apple” şirkəti yeni nəsil smartfon və planşetlərdə enerjidoldurma qurğusu və məlumatların ötürülməsi üçün konnektoru dəyişdirməyi planlaşdırır. Bu haqda avadanlıq tədarükçülərinə istinadən “Digitimes” portalı məlumat verib.
AZƏRTAC “ria.ru” saytına istinadən bildirir ki, mənbələrin məlumatına görə, istehsalçılar yeni “iPhone” modelində indi istifadə edilən “Lightning” konnektorunu “USB-C” portu ilə əvəz etməyi planlaşdırırlar. Smartfon 2019-cu ildə təqdim ediləcək.
Korporasiya artıq “MacBook” kompüterlərini “USB-C” konnektoru ilə təchiz edib. Bu addım şirkətin satışına mənfi təsir göstərib.
Bununla belə “Apple” şirkətinin yeni məhsullarının “USB-C” portu ilə təchizi enerjidoldurma qurğularının unifikasiyası prosesini sürətləndirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]