O, BAKIYA GƏLİB-GETMƏYİ ÇOX SEVƏRDİ
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də görkəmli gürcü kinodramaturqu Suliko Jqentinin 85 yaşı tamam olmalı idi.
16 yaşında İkinci Dünya Müharibəsinə könüllü gedən yeniyetmə Berlinə qədər döyüş yolu keçmişdir. S.Jqenti yaralanıb hospitala düşəndə atası onu yoluxmaq üçün ön cəbhəyə gedir. Beləliklə “Əsgər atası” filminin əsasında onun tərcümeyi-halı dayanmışdır.
Ona dünya şöhrəti qazandıran “Əsgər atası” filminin ssenari müəllifi Bakıya gəlib-getməyi çox sevərdi. Ona görə yox ki, burada kinematoqrafçılar tez-tez toplaşardılar və Bakıda “Əsgər atası”nın ilk premyerası keçirilmişdir. S.Jqentinin Bakıda qohumları, o cümlədən anasının doğma bacısı, bir vaxtlar Bakının varlı taciri Əlipaşa Əliyevə ərə getmiş Aleksandra İvanovna yaşayırdı.
S.Jqenti 2000-ci ildə həyatdan köçdükdən sonra bakılı qohumlarına əvvəlcə onun həyat yoldaşı Leyla xanım, indi isə qızları Olqa və Ketevan tez-tez baş çəkirlər.
Gürcü televiziyasında çalışan, özünün müəllif proqramı olan Оlqа sənətşünaslıq doktorudur. Kiçik qızı Ketevan xarici dillər institutunu bitirmişdir. Onlar Moskvada atalarına həsr olunmuş “Ssenaristin və əsgərin taleyi” adlı kitab nəşr etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [20:52]
Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib
- 19.11.2026 [20:33]
Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir
- 19.11.2026 [20:25]
Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir
- 19.11.2026 [19:08]
Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb
- 19.11.2026 [18:27]