ELM VƏ TƏHSİL
“Ödənişli yay təcrübəsi proqramı”nda iştirak edəcək tələbələrin siyahısı açıqlanmışdır
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) elan etdiyi “Ödənişli yay təcrübəsi proqramı” üzrə seçim başa çatmışdır.
ARDNŞ-in insan resursları departamentindən AZƏRTAC-a bildirmişlər ki, təcrübə proqramında iştirak edəcək tələbələrin siyahısı ilə http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/yay%20tecrubesi/tecrubeciler.html linkində tanış olmaq mümkündür.
Məlumatda, həmçinin bildirilir ki, iyul və iyul-avqust ayları üzrə iştirakçı seçilmiş tələbələr iyulun 1-də, yalnız avqust ayı üzrə seçilənlər isə avqustun 1-də təcrübə keçəcəkləri müəssisə və idarələrə müraciət etməlidirlər. Bu zaman şəxsiyyət vəsiqəsi, rəsmi transkript (proqrama müraciət zamanı verilən sənəd) və əmək kitabçası da təqdim olunmalıdır.