Oğrular cəzalarına çatmışlar
Bakı, 2 fevral (AZƏRTAC). Fevralın 1-də Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsindəki mağazada satıcı işləyən Turan Rəhimliyə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən yerli sakin Lalə Babayeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçay kəndindəki elektrik dirəyindən 200 metr uzunluğunda elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Talıbqışlaq kəndinin sakinləri Teyyub Babayev və Fuad Süleymanov saxlanılmışlar.
Ə.Salmanova məxsus kafedən oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini Hidayət Alıyev Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]