Oğrular cəzalarına çatmışlar
Bakı, 9 fevral (AZƏRTAC). Fevralın 8-də metronun “Sahil” stansiyasında paytaxt sakini Nərgiz Cəbrayılovaya məxsus mobil telefonu oğurlamış, əvvəllər məhkum olunmuş Vüsal İsgəndərov Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmışdır.
Əzim Məmmədov, İman Qafarov və Sahib Kazımova məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Əbülfət Aslanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü və 7-ci bölmələrinin birgə əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Azad Rzayevə məxsus mağazadan ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Əlizadə Bağırov rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]