Oğrular cəzalarını almışlar
Bakı, 12 may (AZƏRTAC). Xəbər verildiyi kimi mayın 9-da Masallıda Xalidə Ağayevanın evindən elektrik və məişət avadanlıqları oğurlanmışdır.
Masallı Rayon Polis Şöbəsi əməkdaşları oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Şəmsəddin Rüstəmovu yaxalamışlar.
Səxavət Mikayılova məxsus sexin həyətindən 100 metr dəmir boru, 80 metr dəmir künclüklər, 20 ədəd müxtəlif ölçülü metal dəmir lövhələr və 1 elektrik generatoru habelə, Xudaverdi Talıbova məxsus avtomobillərin təmiri sexindən ehtiyat hissələri oğurlanmışdır.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zaur Hüseynov, Rövşən Həbibov, Yalçın Cavadov və Gündüz Əliyev yaxalanmışlar.
Masallı polisi aprelin 27-də Rövşən Ağabalayevin həyətindən 4 ədəd avtomobil diskini oğurlayan əvvəllər məhkum olunmuş Cavanşir Ağayevi də saxlamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]