Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 10 yanvar (AZƏRTAC). M.Şəmilovun və İ.Hacıyevin evlərindən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Kərimov və Xətai kəndinin sakini Seymur Məmmədov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Qax rayon sakini Pərviz Məmmədova məxsus mağazadan spirtli içki və tütün məmulatlarını oğurlamaqda şübhəli bilinən həmyerlisi Nazim Süleymanov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Sahib Osmanovun evindən 120 min rubl və qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Qəbələ rayonunun Böyük Əmirli kənd sakini Zahid Zahidli Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]