Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 16 may (AZƏRTAC). Xəbər verildiyi kimi, yanvarın 28-də Araz Əliquliyevə və aprelin 10-da Sərxan Mürsəlova məxsus avtomaşınlardan oğurluq edilmişdir.
Oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ağayar Xıdırov Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daha bir cinayətkar qrup Suraxanı polisləri tərəfindən məsuliyyətə cəlb edilmişdir. Qrupun üzvləri paytaxt sakinləri Nadir Ağazadə, Elman Qasımov, Samir Şahbazov, İlkin Həsənov, Rəşad Bayramlı və onun qardaşı Elməddindir. Onlar Qəmbər Verdiyevə və Elçin Şükürova məxsus avtomaşınlardan oğurluqda şübhəli bilinərək Suraxanı Rayon Polis İdarəsinin 32-ci bölməsi əməkdaşları tərəfindən saxlanılmışlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların aprel ayı ərzində Qaraçuxur qəsəbəsinin sakinləri Rəhim Allahyarova məxsus köşkdən tütün məmulatları və sənaye malları, Emin Quliyevə məxsus “Mercedes” markalı avtomaşından 1 mobil telefon və 2 yaddaş kartı və mayın 13-də Tahir Məmmədovun evindən 50 metr uzunluğunda elektrik naqilini oğurlamaları da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]