Oğrular məsuliyyətə cəlb olunacaqlar
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 6-da “Sədərək” ticarət mərkəzinə gedən avtobusda Bakı şəhər sakini Fikrət Əliyevin cibindən 2450 manat pulunu oğurlamağa cəhd göstərmiş Abdulla Abdullayev Baş Mühafizə İdarəsinin və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Şamad Məmmədovun evindən 14000 manat pul oğurlamaqda şübhəli bilinən Natiq Məmmədov Binəqədi Rayon Polis İdarəsi 7-ci bölməsinin, Firuzə Məmmədovanın mənzilindən 300 dollar pul və 2500 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Vəliyev Kəpəz Rayon Polis Şöbəsinin, Şahnaz Həmidovanın evindən 2400 ABŞ dolları, 16000 manat pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Masallı sakini Eduard Əliyev isə Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]