Oğrular saxlanılmışlar
Bakı, 6 yanvar (AZƏRTAC). N.Nəsirovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Kazım Həsənov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Yanvarın 4-də Nərimanov rayonunda yaşayan Nina İbrahimovanın mənzilindən 17000 dollar dəyərində qızıl əşyaları naməlum şəraitdə oğurlanmışdır.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Hövsan qəsəbəsinin sakini Şəfiqə Hüseynova tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]