Oğurluq hadisələrinin üstü açılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 21-də Ə.Mirzəyevə məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Yusif Hüseynov Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Yanvarın 18-də Zaur Nadirova məxsus mağazadan 40 ədəd mobil telefon, 250 ədəd danışıq kartı və aksessuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tural Zeynalov, İntiqam Mahmudzadə, Rəşad Ağayev, Valeh Əliyev, Sərxan Bağırov və Azər Məmmədov Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Fevralın 20-də Astara rayonunun Şahağacı kəndində Məcid Əsədova məxsus gödəkcənin cibindən 4.200 manat pul oğurlanmışdır.
Oğurluğu törətməkdə şübhəli bilinən Şahağacı kənd sakinləri Rəvan Rüstəmov, Turac Hüseynov və Qoşqar Bayramov Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanmışlar.
Fevralın 18-də V.Atamoğlanova məxsus elektrik cihazlarını oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Əsgərov isə Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar araşdırma aparılır.