Oğurluqda şübhəli bilinənlər saxlanılmışlar
Bakı, 12 yanvar (AZƏRTAC). Tovuz rayonunda Kamran Musayevə məxsus “VAZ-2102” markalı avtomaşından oğurluğa cəhd göstərmiş yerli sakin Vahid Nəsirov Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə təhvil verilmişdir.
Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini Ramal Nağıyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən həmyerlisi Elşən Bayramov rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]