Azərbaycan Dövlət İnformasiya Agentliyi

OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz oğuzlular!
        Əziz bacılar və qardaşlar!
        Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl, çox tarixi bir gündür. Çox böyük, Azərbaycan üçün çox önəmli layihə bu gün həyata keçirilməyə başlayır. Bu gün biz Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlini qoyduq və əminəm ki, qısa müddət ərzində bu kəmər inşa olunacaq və Bakı şəhərini içməli su ilə təmin edəcəkdir.
        Bildiyiniz kimi, bu kəmərin tikintisi üçün əvvəllər çox böyük səylər göstərilmişdir, tədqiqat işləri aparılmışdır. Ancaq maliyyə vəziyyəti bunu həyata keçirməyə imkan vermirdi. İndi isə Azərbaycanın iqtisadi inkişafı o qədər sürətlə gedir ki, biz istənilən layihəni həyata keçirməyə qadirik. İlk növbədə, biz insanları daha çox narahat edən məsələlərə diqqət göstəririk, əsas vəsaiti oraya yönəldirik. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi bizim üçün prioritet məsələdir. O cümlədən su təchizatı. Su, sağlamlıq deməkdir, həyat deməkdir. Bu bölgədə mövcud olan su ən yüksək keyfiyyətə malikdir. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına uyğundur və bəlkə də, bu standartlardan da yüksəkdir. Əlbəttə ki, bu kəmərin tikintisi nəticəsində Azərbaycanda xeyli böyük işlər görüləcək, yeni iş yerləri açılacaqdır. Nəticədə Bakı şəhəri içməli su ilə tam şəkildə təmin olunacaqdır. Bakının su təminatı bizi qane edə bilməz. Bu vaxta qədər 4 kəmər tikilibdir. Birinci kəmər 1917-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən çəkilmişdir. 1950-ci illərdə bir kəmər tikilibdir. Bundan sonra iki kəmər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilibdir. Əminəm ki, bu beşinci kəmər Bakının bütün su problemlərinin həllinə imkan yaradacaqdır.
        Bunu etmək üçün, əlbəttə ki, hər bir böyük layihəni həyata keçirmək üçün ilk növbədə, maliyyə imkanları lazımdır və biz də bunları yaradırıq. Son illər ərzində Azərbaycanın uğurlu iqtisadi siyasəti, aparılan iqtisadi islahatlar imkan yaradır ki, bu gün biz infrastruktur layihələrinə böyük həcmdə vəsait qoyuruq. Elektrik stansiyaları, məktəblər, xəstəxanalar tikilir, yollar salınır, su kəmərləri çəkilir. Bu da çox böyük əhəmiyyətə malikdir ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirləri su kəmərinin tikintisinə yönəltmişik. Azərbaycanın uğurlu neft strategiyası öz konkret nəticələrini verməkdədir. Biz bunu bugünkü tədbirdə də görürük. Biz bunu Azərbaycanda tikilən məktəblərin simasında görürük, maaşların, pensiyaların artırılmasında görürük, yeni yolların salınmasında görürük.
        Bütün bu işlərin təməli 1994-cü ildə qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda başlanmış uğurlu neft strategiyamız bu imkanları bizə yaradır. İndi Azərbaycanın iqtisadiyyatı ən yüksək sürətlə inkişaf edir. Ardıcıl iki ildir bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. 2005-ci ildə artım 26 faiz, 2006-cı ildə isə 34 faiz olmuşdur. Yəni bunlar dünyada analoqu olmayan bir göstəricilərdir. Bununla bərabər, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşür, işsizlik aradan qaldırılır.
        Bilirsiniz ki, regionların sosial-iqtisadi inkişafı bizim üçün ən prioritet məsələlərdən biridir.
Təsadüfi deyil ki, böyük layihələr, infrastruktur layihələri, ilk növbədə, bölgələrdə reallaşdırılır. Bu yaxınlarda beş yeni elektrik stansiyası tikilmişdir. Onların dördü bölgələrdədir. Bakını bölgələrlə birləşdirən yollar salınır. Xəstəxanalar, ilk növbədə, bölgələrdə tikilir. İdman qurğuları da rayonlarda yaradılır. Yeni turizm obyektləri, mehmanxanalar - bütün bunlar imkan yaradır ki, işsizlik aradan qaldırılsın, insanlar işlə təmin olunsunlar, daha da yaxşı yaşasınlar və bölgələr dirçəlsin, inkişaf getsin. Azərbaycanın hərtərəfli inkişafı məhz bunun hesabına davam edəcəkdir.
        Bizim artıq çox güclü iqtisadi potensialımız mövcuddur. Neft-qaz layihələri Azərbaycanı inkişaf edən ölkəyə çeviribdir. Növbəti illərdə bizə çoxlu gəlirlər gələcəkdir və ilk növbədə, ölkəmizin müxtəlif sahələrini inkişaf etdirməliyik. İnfrastruktur, sosial obyektlərin yaradılması, yeni iş yerlərinin açılması, sahibkarlara dəstək, turizmin inkişafı və beləliklə, qeyri-neft sektorunun ümumi inkişafı mümkün olacaqdır. Biz bunu artıq görürük. Bu yaxınlarda regional inkişaf proqramının üçilliyinə həsr edilmiş müşavirədə biz bunu bir daha gördük. Bütün bölgələrdə sürətli inkişaf gedir, böyük işlər görülür. Əminəm ki, bundan sonra da nəzərdə tutulmuş bütün proqramlar həyatda öz əksini tapacaqdır.
        Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır, bizim iqtisadi imkanlarımız artır, Azərbaycan iqtisadi müstəqilliyini, enerji təhlükəsizliyini təmin edibdir və başqa ölkələrin enerji təhlükəsizliyini də təmin edəcəkdir.
        Biz indi çox sürətlə inkişaf edən ölkəyik və qarşımızda duran əsas vəzifələr ondan ibarətdir ki, insanların həyat səviyyəsini yaxşılaşdıraq. Bunu müxtəlif yollarla, müxtəlif proqramlarla edirik. İlk növbədə, maaşları və pensiyaları ildən-ilə və hətta ildə iki dəfə artırmaqla edirik. Büdcə təşkilatlarında çalışanların maaşları və pensiyaları artırılıbdır. Digər tərəfdən, minimum əmək haqqının qaldırılması o deməkdir ki, artıq özəl sektorda da minimum əmək haqqından aşağı maaş verilə bilməz. Qısa müddət ərzində biz minimum əmək haqqını 50 manata çatdırdıq.
        Kreditlərin verilməsi, xüsusilə bölgələrdə, yerli sahibkarlığın inkişafı, onlara dəstək verilməsi. Təkcə bu il sahibkarlara kredit şəklində 100 milyon dollar vəsait veriləcəkdir. Bu kreditlər güzəştli şərtlərlə verilir. Kənd təsərrüfatının inkişafı üçün “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılmışdır və onun xətti ilə rayonlara böyük miqdarda texnika gətirilir və alınan texnikanın həcmi ildən-ilə artmaqdadır.
        Kənd təsərrüfatına dəstək vermək üçün bu yaxınlarda 80 milyon manat vəsait nəzərdə tutulubdur. Bu vəsaitlə gübrələr alınacaq və eyni zamanda, fermerlərə vəsait veriləcək ki, onlar enerji daşıyıcılarını ala bilsinlər. Yəni dövlət bu yolla öz üzərinə düşən vəzifələri icra edir.
        Digər tərəfdən, sahibkarlığın inkişafı. Çünki müasir dünyada bu, ən başlıca amildir. Hər bir inkişaf etmiş ölkənin iqtisadiyyatında özəl sektor tam əksəriyyət təşkil edir. Azərbaycanda da bu göstərici yüksək səviyyədədir. Nəzərə alsaq ki, biz müstəqilliyimizi əldə edəndə özəl sektor faktik olaraq, yox dərəcəsində idi, bu gün iqtisadiyyatımızda özəl sektorun payı 81 faizdir. Bu, çox böyük göstəricidir və qısa müddət ərzində, 15 il ərzində biz buna nail ola bilmişik. Nəyin hesabına? Çox uğurlu iqtisadi islahatların hesabına, eyni zamanda, yerli sahibkarlığın dəstəklənməsi sayəsində.
                                       Beynəlxalq qurumlarla bizim münasibətlərimiz güclənir. Bütövlükdə, Azərbaycanda aparılan xarici siyasət bizim ölkəmizi daha da möhkəmləndirir və ölkədə gedən proseslərin müsbət istiqamətdə davamını təmin edir. Azərbaycanda daxili sabitlik tam şəkildə bərqərar olunubdur. Bayaq qeyd etdiyim kimi, iqtisadi göstəricilər ən yüksək səviyyədədir. Sadəcə olaraq, bundan sonra qəbul edilmiş bütün proqramlar vaxtlı-vaxtında icra olunmalıdır və müəyyən edilmiş bütün məsələlər öz həllini tapmalıdır.
        Təxminən il yarım bundan əvvəl bu su kəmərinin tikintisinə dair məhz Bakıda geniş müşavirə keçirildi. Orada məruzələr dinlənildi və göstərişlər verildi. Konkret göstəriş verilmişdi ki, bütün çətin işlər görülsün, texniki-iqtisadi əsaslandırma hazırlansın və biz tezliklə kəmərin tikintisinə başlayaq. Belə də oldu. Bütün bu məsələlər qısa müddət ərzində öz həllini tapdı və bu gün biz kəmərin təməlini qoyduq.
        Bu kəmərin inşası, eyni zamanda, Azərbaycanda yeni sənaye sahəsinin başlanmasına gətirib çıxarır. Keçən ilin sonunda mən Sumqayıtda kompozit borular zavodunun açılışında iştirak etmişdim. O borular məhz bu kəmərin tikintisi üçün yaradılır. Əgər biz kəmərin tikintisinə başlamasaydıq, heç kim, heç bir investor bu boruların istehsalına vəsait qoymazdı. Ona da külli miqdarda vəsait qoyulubdur və bu borular Azərbaycanda istehsal olunur. Biz bunu da təmin edirik. Pulu olan ölkələr müxtəlif yerlərdən avadanlıq ala bilərlər, müxtəlif yerlərdən bu boruları ala bilərlər. Amma biz başqa yolu seçmişik. Biz istəyirik ki, əldə edilmiş gəlirlər, ilk növbədə, Azərbaycanda yerli istehsalın möhkəmlənməsinə yönəldilsin. Özəl sektor da bunu bilir. Bilir ki, əgər biz görsək ki, Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal olunursa, onda dövlət xətti ilə icra olunan bütün layihələrdə məhz bu məhsuldan istifadə ediləcəkdir. Belə də oldu. Bu gözəl borular artıq Azərbaycanda istehsal olunur. Bu kəmərin tikintisində onlardan istifadə edəcəyik. Ondan sonrakı işlərdə də istifadə edəcəyik. Sonra bunlar xaricə satılacaqdır. Beləliklə, Azərbaycanda yeni bir istehsal sahəsi yaranır. Bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, yaradılmasına gətirib çıxarır. Yəni bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Sadəcə olaraq, güclü təkan veriləndə bütün başqa sektorlara da təsir güclü olur.
        Bizim iqtisadi potensialımız möhkəmlənir və belə olan halda, istənilən məsələni həll edə bilərik. Büdcəmiz son 3-4 il ərzində 4-5 dəfə artıbdır. Bu nə deməkdir? Əlavə vəsaitdir, dövlət xətti ilə qoyulan investisiyaların həcminin artımı, maaş, pensiyaların artımıdır. Bizim ölkəmiz bundan sonra da bu istiqamətdə inkişaf edəcəkdir. Güclü siyasi sistem, siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik, güclü iqtisadi potensial, neft strategiyamızın uğurla davam etdirilməsi, sosial məsələlərin həlli, sosial obyektlərin yaradılması və insanların ildən-ilə rifah halının yaxşılaşdırılması - bizim məqsədimiz budur və bu məqsədə doğru inamla irəliləyirik. Bu günə qədər görülən işlər onu göstərir ki, bu istiqamətdə bütün planlarımızı həyata keçiririk.              
                                               Bu su kəmərinin tikintisi ona görə önəmlidir ki, ilk növbədə, o, Bakının su probleminin həllinə kömək göstərəcəkdir. Bu gün Bakı əhalisinin təxminən 40 faizi fasilələrlə su alır. Digər tərəfdən, bu kəmərin tikintisi bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövləti hər şeyə qadirdir. Burada deyildi və mən də qeyd etdim ki, bu layihə uzun illər idi ki, müzakirə olunurdu. Hələ Sovet İttifaqı dövründə burada böyük su mənbələrinin olması aşkar edilmişdi. Sadəcə, lazım olan tədqiqat-kəşfiyyat işləri aparılmamışdır. Çünki o vaxt buna vəsait tapa bilmirdilər. Əlbəttə ki, bu, Azərbaycanın müstəqilliyinin ilk illərində də müzakirə olunurdu. Ancaq o vaxt bizim imkanımız yox idi və bu sahəyə beynəlxalq maliyyə qurumlarından kredit almaq da çox çətin məsələ idi. Çünki adətən, krediti o sahəyə verirlər ki, oradan qazanc götürsünlər. Biz isə bilirik ki, bu kəmərdən heç vaxt heç bir qazanc götürülə bilməz. Çünki biz buraya qoyulan, yüz milyon dollarla ölçülən vəsaiti heç vaxt suyun pulundan qaytara bilməyəcəyik. Yəni bu, sırf sosial xarakter daşıyan məsələdir. Ona görə xarici banklarla da danışıqlar heç bir nəticə verməmişdi və biz gözləyirdik. Nəinki gözləyirdik, işləyirdik, çalışırdıq ki, güc toplayaq, maddi imkanları yaradaq və öz pulumuzla bunu edək. İndi bu kəmər Dövlət Neft Fondunun hesabına tikilir. Neftdən əldə olunan gəlirlər Neft Fondunda cəmləşir və ondan sonra, bax, bu cür məsələlərə yönəldilir. Biz bunu, ilk növbədə, maaşlara, pensiyalara, qaçqın-köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ölkəmiz üçün ən önəmli məsələlərə yönəldirik. Yəni bu bir daha onu göstərir ki, Azərbaycanın milli sərvəti olan neft, qaz Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Biz bunu gündəlik həyatda da görürük və bundan sonra da görəcəyik. Çünki bundan sonra Azərbaycan yalnız və yalnız irəliyə gedəcək və sürətlə inkişaf edəcəkdir.
        Mən çox istəyirəm ki, Azərbaycanın hər bir rayonu inkişaf etsin, o cümlədən Oğuz rayonu. Mən il yarım bundan əvvəl Oğuza ilk dəfə gəlmişdim, vəziyyətlə tanış olmuş, öz göstərişlərimi vermişdim. Bu gün çox şadam ki, artıq burada böyük tikinti işləri gedir. Burada icra hakimiyyətinin başçısı qeyd etdi, turizm infrastrukturu yaradılır, yeni müəssisələr, xəstəxana, məktəblər, digər obyektlər tikilir. Mən istəyirəm ki, daha da çox işlər görülsün. Buranın çox gözəl təbiəti var, turizm üçün çox gözəl yerlər var. Biz elə etməliyik ki, Oğuz Azərbaycanın ən qabaqcıl rayonuna çevrilsin. Bunun üçün biz gərək birgə işləyək. Siz burada, biz də Bakıda. Mən əminəm ki, nəzərdə tutulmuş bütün məsələləri biz birlikdə həll edəcəyik.
        Əziz bacılar və qardaşlar, mən bir daha sizə öz hörmət, məhəbbətimi ifadə edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
        (Prezidentin nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).                                                             X              X              X
        Sonra Prezident İlham Əliyev rayon sakinləri ilə səmimiyyətlə görüşüb hal-əhval tutdu, qayğıları ilə maraqlandı. Oğuzlular belə mühüm layihənin həyata keçirilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılması, bölgələrin inkişafı sahəsində gördüyü tədbirlərə görə dövlətimizin başçısına təşəkkürlərini bildirdilər.
                                      

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram