REGİONLAR
Oğuzda 100 hektara yaxın sahədə yeni meyvə bağları salınıb
Oğuz, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yaz əkini mövsümündə Oğuz rayonunda 100 hektara yaxın sahədə yeni fındıq və qoz bağları salınıb. Eyni zamanda, son illər salınan 200 hektar yeni bağlara lazımi qulluq olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 2 min 65 hektardır. Mövcud bağların 254 hektarını tumlu meyvə, 1555 hektarını fındıq, 83 hektarını qoz, 173 hektarını isə digər bağlar təşkil edir. Fındıq bağlarının 1122 hektarı barverəndir.
Hazırda meyvə bağlarında ağaclara gübrə verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]