Azərbaycan Dövlət İnformasiya Agentliyi

O.İ.MUSAYEVƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN XÜSUSİ OLİMPİYA TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:

XIII Pekin Yay Paralimpiya Oyunları çempionu Oloxan

İsayeviç Musayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin