REGİONLAR
Ölkəmizdə hibrid subsidiya sisteminin təşkili nəzərdə tutulub
Bakı, 28 sentyabr, AZƏRTAC
Ölkəmizdə hibrid subsidiya sisteminin təşkili nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Aqrobiznes - yeni imkanlar və müasir çağırışlar” mövzusunda keçirilən ictimai müzakirədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, dövlət bu sahədə aqrobiznesin inkişafına dəstək verəcək.
Həmçinin nəzərə çatdırılıb ki, son 2 ildə aqrar sığorta sistemi tətbiq olunur, fermerlərə müxtəlif sahələrdə güzəştli kreditlər verilir.
“Əsas məsələlərdən biri də aqrobiznesin inkişafına vergi güzəştlərinin tətbiq edilməsidir”, - deyə nazir əlavə edib.