ELM VƏ TƏHSİL
Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini gənc alimlərimiz, tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır
Bakı, 26 aprel, AZƏRTAC
Ombudsmanın fəaliyyət istiqamətləri bir çox sahələri əhatə edir. Bu sıraya şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan insanların hüquqları, miqrantların, əlilliyi olan şəxslərin hüquqları, uşaq hüquqları, gender bərabərliyi, ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması, əqli mülkiyyət hüququnun qorunması və s. daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 26-da keçirilən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masada söyləyib.
O vurğulayıb ki, əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini bir yenilikdir. Bu termin gənc alimlərimiz, tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır.
Səbinə Əliyeva vurğulayıb ki, Ermənistan ölkəmizə qarşı bir çox müharibə cinayətləri törədib. Həmçinin əsrlər boyu milli-mədəni irsimizi, rəqs nümunələrimizi, kulinariya incilərimizi mənimsəməyə çalışıb. Professor Kamran İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablar və həmin nəşrlərin xarici illərdə olan nümunələri qiymətli mənbələrdir.