Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ombudsman Rusiyanın Saratov şəhərində beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Ombudsman Rusiyanın Saratov şəhərində beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və təsisatın əməkdaşı Turan Cahangirova Rusiyanın Saratov şəhərində “İnsan hüquqları dövlətin müasir inkişafının göstəricisidir” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası subyektlərinin və xarici ölkələrin ombudsmanları, şəhər rəhbərliyi və digər dövlət orqanlarının əməkdaşları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Avropa Şurasının və bir sıra digər beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən konfransın keçirildiyi Saratov Dövlət Hüquq Akademiyasının və digər hüquq üzrə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, vətəndaş cəmiyyəti üzvləri və KİV nümayəndələri qatılıblar.

Konfransın məqsədi müasir inkişaf modelinin strateji aspektləri və insan hüquqlarının təmini, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə kompleks təhlillər aparılmaqla tövsiyələrin hazırlanması üzrə birgə müzakirələrin keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarət olub.

Tədbirdə çıxış edənlər insan hüquqlarının hərtərəfli həyata keçirilməsi, həmçinin hüquqpozmaların qarşısının alınması və pozulmuş hüquqların bərpası məsələlərinin 193 ölkənin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunduğunu qeyd ediblər.

“Qərar qəbul etmədə bərabərlik və fəal iştirakçılıq hüquqi dövlətin əsas göstəriciləridir” adlı məruzə ilə çıxış edən Ombudsman Elmira Süleymanova Azərbaycan və Rusiya prezidentlərinin cari ayın əvvəllərində Soçidə baş tutmuş görüşünün nəticələrindən danışıb, Xəzər dənizinin hüquqi statusu haqqında beş Xəzəryanı dövlətin imzaladığı Konvensiyanın və 2024-cü ilədək əsas yönlərinin inkişafı üzrə fəaliyyət planından ibarət beş “yol xəritəsi” üzrə qəbul edilən memorandumun, həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dəstəyinin iqtisadi, humanitar, mədəni və bir çox digər sahələrdə əməkdaşlığın inkişafına əlverişli zəmin yaratdığını qeyd edib.

Ombudsman ölkəmizdə insan hüquqları ilə yanaşı, bir çox digər sahələrdə aparılan islahatlar barədə məlumat verib. 2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi olduğunu vurğulayıb.

E.Süleymanova bərabərlik və ayrı-seçkiliyə yolverilməzlik prinsipinin 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edildiyini və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi ilə onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə təkan verildiyini bildirib.

Müvəkkil, həmçinin təsisatın digər fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə, beynəlxalq təşkilatlarla və xarici həmkarları ilə əməkdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, müasir dövrdə hüquqi dövlətin dinamik inkişafı və beynəlxalq normalara uyğunlaşdırılmasına nail olmaq üçün fəallıq, kütləvilik və ictimai iştirakçılıq prinsipləri əsasında uşaqlarda kiçik yaşlardan liderlik bacarıqlarının inkişafının vacibliyini qeyd edib, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində fəaliyyət göstərən “Liderlik məktəbi”ndə müntəzəm olaraq təlimlər və vətənpərvərlik ruhunda digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Müvəkkil yalnız müharibənin acısını yaşamış xalqların sülhün dəyərini bildiyini, artıq 30 ilə yaxındır ki, davam edən hərbi təcavüz nəticəsində ölkəmizin, xalqımızın silahlı münaqişənin ağır nəticələrindən əziyyət çəkdiyini, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğunu, on minlərlə günahsız insanın həyatına son qoyulduğunu, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, dünyada hər 135 nəfərdən birinin qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən birinin qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu və hələ də pozulmaqda davam etdiyini vurğulayıb.

Müvəkkil beynəlxalq təşkilatları insanlığa qarşı törədilən cinayətlərə hüquqi qiymətin verilməsinə, Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ümumbəşər beynəlxalq norma və prinsiplərə uyğun olaraq sülh yolu ilə, tezliklə və ədalətli həll edilməsinə dəstək verməyə, sülhməramlı qüvvələri bu müharibə ocağında atəşkəsin, əmin-amanlığın təmin olunmasına çağırıb, bununla da regionda dayanıqlı sülh, inkişaf və sabitliyin təmini istiqamətində qətiyyətli tədbirlər görülməklə əsaslı dönüşlərin yaradılmasına yeni imkanların yaradılacağını vurğulayıb.

Müvəkkil Saratov şəhərinə səfəri çərçivəsində digər iştirakçılarla birgə Saratov vilayətinin Engels şəhərində yerləşən ahıllar və əlilliyi olan şəxslər üçün internat evində və “Döyüş və əmək şöhrəti muzeyi”ndə olub, həmçinin Qələbə parkını ziyarət edərək “Juravli” memorial kompleksinin əbədi məşəli önünə Bakıdan gətirdiyi qızıl gül çələngini qoyaraq, Böyük Vətən müharibəsinin bütün şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Bundan başqa, səfər zamanı Müvəkkilin digər iştirakçılarla birgə Saratov vilayətində yaşayan azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin üzvləri, “Vətən” Azərbaycan cəmiyyətinin və diasporumuzun digər fəalları ilə görüş təşkil edilib, Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənəsinin qorunub saxlanması və təbliği, o cümlədən birgə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin Qələbə Parkında inşa edilmiş “Qız qalası” və ayrı-ayrı xalqlara məxsus digər tarixi abidələr ziyarət edilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının və Saratov vilayətinin insan hüquqları üzrə müvəkkillərinin yeni prioritetlər və çağırışlara cavab verən ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üzrə razılıq əldə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb