Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ombudsmanın regional mərkəzləri tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Bu il ilk dəfə Anım Günü kimi qeyd olunan 27 sentyabr tarixində xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın əbədi xatirəsinə dərin hörmət və ehtiramını nümayiş etdirir.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın regional mərkəzləri tərəfindən bu münasibətlə anım mərasimləri təşkil edilib.

Belə ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş hərbi qulluqçularımızın ailələrinə ziyarətlərini davam etdirir və onların qayğılarını daim diqqət mərkəzində saxlayır.

Cəlilabad Regional Mərkəzinin əməkdaşları Z.İsmayılov, M.Mənsimli və X.Şəmili 44 günlük Vətən müharibəsinin şəhidləri - gizir Əmirli Tofiq Şəmsəddin oğlu, Qasımzadə Ümid İlqar oğlu, Əkbərov İbarət Faiq oğlu, Səlimov Sənan Nasif oğlu, Rüstəmli Kənan Yalçın oğlu, Kərimli Səməd İkram oğlu və İsayev Rahət Rafət oğlunun ailə üzvlərinə baş çəkib, onların qayğıları ilə maraqlanıb, şəhidlərin məzarları önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

Regional Mərkəzin əməkdaşları, həmçinin Masallı rayonu Təzə Alvadı kənd sakini Vətən müharibəsi qazisi Səlimov Məmməd Vahid oğlunun ailəsinə baş çəkiblər.

Şəhid və qazi ailələri ilə keçirilən bütün görüşlərdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov daim Ombudsmanın diqqətində olduqlarını bildirib, şəhid ailələri və qazilərimizin hüquqlarının təmini istiqamətində bundan sonra da geniş fəaliyyət həyata keçirəcəklərini bildirib.

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları da şəhid və qazilərimizin ailələrinə baş çəkib və onların qayğıları ilə maraqlanıb. Regional Mərkəzin əməkdaşları şəhid mayor Məmmədov Xəyal Ağabəy oğlu, gizir Məmmədov İbrahim Nakəm oğlu, əsgər Məmmədov Əlihüseyin Elşad oğlu, əsgər Soltanlı Şahmar Qinyaz oğlu və əsgər İsgəndərli Səbuhi Yaşar oğlunun ailələrinə Ombudsmanın adından başsağlığı verərək, şəhidlərimizin ruhlarını dərin ehtiramla yad ediblər.

Vətən müharibəsi qaziləri Lətifov Elvin İlqar oğlu, Ədalətli Xəyyam Rasim oğlu, Abdullayev Xəyal Şahin oğlu ilə görüşlər zamanı onlara müvəkkilin salamı çatdırılıb, keçdikləri şərəfli döyüş yolunun gənclərimizdə vətənpərvərlik hissini daha da gücləndirdiyi vurğulanıb.

Bundan başqa, Şəki Regional Mərkəzi tərəfindən Anım Günü ərəfəsində Şəki, Balakən, Qəbələ və İsmayıllı rayon Heydər Əliyev Mərkəzləri ilə birgə həmin rayonların müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının və gənclərin iştirakı ilə “Biz sizə borcluyuq, Azərbaycan əsgəri”, “Gəncliyimiz qələbəmizin təməlidir” mövzularında videokonfranslar keçirilib.

Regional Mərkəzin rəhbəri P.Məmmədov videokonfranslarda çıxış edərək ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun bölmələrini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatan və artilleriya qurğularından intensiv atəşə tutduğunu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatı başlandığını, 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət işğal altında olmuş torpaqlarımızın azad edildiyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixində imzaladığı Sərəncama əsasən hər il sentyabrın 27-nin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirələrinin yad edilməsi məqsədilə Anım Günü olaraq qeyd edilməsinin qərara alındığı diqqətə çatdırılıb.

Ombudsman tərəfindən Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, Vətən müharibəsi iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində zərər dəymiş ərazilərimizdə Ombudsman Səbinə Əliyeva tərəfindən, həmçinin Ombudsmanın dəvəti ilə respublikamızda rəsmi səfərdə olmuş İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti və Baş katibinin müşavirinin rəhbərlik etdiyi, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin rəhbərlik etdiyi və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə birgə keçirilmiş faktaraşdırıcı missiyalar, dünya ictimaiyyətinə ünvanlanmış bəyanatlar və müraciətlər barədə məlumat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb