ELM VƏ TƏHSİL
ORTA VƏ ALİ MƏKTƏBLƏRDƏ XARİCİ DİLLƏRİN TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Təhsil Nazirliyinin və ADU-nun birgə təşkil etdikləri konfransda “Xarici dillərin tədrisində müasir texnologiyaların tətbiqi”, “Xarici dillərin tədrisinin nəzəri və praktik məsələləri”, “Pedaqoji təcrübənin təşkili və keçirilməsinin təkmilləşdirilməsi yolları” bölmələrində 45-dən artıq məruzə dinləniləcəkdir.
İki gün davam edəcək konfransda yekun sənəd qəbul olunacaqdır.