İQTİSADİYYAT
Ötən doqquz ayda Azərbaycanda muzdla işləyənlərin 22,8 faizi məhsul istehsalı sahələrində çalışıb
Bakı, 28 oktyabr, AZƏRTAC
2016-cı il oktyabrın 1-i vəziyyətinə ilkin məlumata əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 978,3 min nəfər olub, onlardan 4 milyon 731,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,9 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində fəaliyyət göstərib.