İQTİSADİYYAT
Ötən il Ceyhan limanından 29 milyon tondan çox Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
Bakı, 7 yanvar, AZƏRTAC
2014-cü ilin dekabrında Ceyhan limanından 2 milyon 684 min 967 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu həcmin 2 milyon 194 min 300 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ötən ilin yanvar-dekabr aylarında isə Ceyhan limanından 29 milyon 127 min 245 ton neft ixrac olunub.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən bu il yanvarın 1-dək Ceyhan limanından 262 milyon 271 min 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:14]
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
- 06.05.2024 [18:17]
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [15:10]
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
- 06.05.2024 [11:09]