İQTİSADİYYAT
Ötən il əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi nəticəsində 55 min 69 vergi ödəyicisi üzrə 180 min 21 əmək müqaviləsi bağlanmışdır
Bakı, 23 yanvar (AZƏRTAC). 2012-ci ildə əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilmişdir. İlin ikinci yarısından başlanan tədbirlər nəticəsində 55 min 69 vergi ödəyicisi üzrə 180 min 21 yeni əmək müqaviləsinin bağlanması təmin edilmişdir.
AZƏRTAC xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov demişdir. Onun sözlərinə görə, fəaliyyət sahələri üzrə ən çox rəsmiləşdirilmə pərakəndə ticarət sahəsi üzrə həyata keçirilmişdir.
N.Əmirov vurğulamışdır ki, ümumilikdə, respublika üzrə 2012-ci ilin sentyabrında 1 milyon 484 min 451 nəfər işçi sayı barədə göstəricilər vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdə əksini tapmışdır. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 15,3 faiz və ya 197 min 56 nəfər çoxdur.