İQTİSADİYYAT
ÖTƏN İL İNŞAAT İŞLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN DÖVLƏT BÜDCƏSİNDƏ NƏZƏRDƏ TUTULMUŞ VƏSAİTİN 82,5 FAİZİNDƏN İSTİFADƏ OLUNMUŞDUR
Bakı, 26 yanvar (AZƏRTAC). Dövlət Statistika Komitəsindən bildirmişlər ki, 2008-ci ildə inşaat işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində 4 milyard 326,3 milyon manat vəsait nəzərdə tutulmuşdur. Ötən il ərzində bu vəsaitin 3 milyard 569,1 milyon manatından və ya 82,5 faizindən istifadə edilmişdir. İstifadə edilmiş investisiyanın dörddə üç hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 4 milyard 75,9 milyon manat (ümumi investisiyanın 44,9 faizi), bank kreditləri 349,1 milyon manat (3,8 faizi), büdcə vəsaitləri 3 milyard 726,1 milyon manat (41,1 faizi), büdcədənkənar fondların vəsaitləri 626,7 milyon manat (6,9 faizi), əhalinin şəxsi vəsaitləri 291,1 milyon manat (3,2 faizi), digər vəsaitlər isə 4,7 milyon manat (0,1 faizi) təşkil etmişdir.