REGİONLAR
Ötən il Naxçıvanda nəqliyyat sektorunda 105 milyon 950 mindən çox sərnişin daşınıb
Naxçıvan, 31 yanvar, AZƏRTAC
2021-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 16 milyon 901 min 700 ton yük, 105 milyon 950 min 500 sərnişin daşınıb. 2020-ci illə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması 2,3 faiz artıb.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılıb, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması, Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilib.