ELM VƏ TƏHSİL
Ötənilki qəbul imtahanlarında iki minədək abituriyent 600-dən çox bal toplayıb
Bakı, 4 iyul, AZƏRTAC
2021-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 67 min 717 nəfər abituriyent iştirak edib. Abituriyentlərdən 1861-i 600 və daha çox bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, yüksək bal toplayanlar respublikanın bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir. Yüksək nəticə göstərənlər I qrupda 640, II qrupda 196, III qrupda 617, IV qrupda 408 nəfərdir.