Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz ilə yaxın işğal altında qalan Laçın hazırda dirçəliş dövrünü yaşayır

Otuz ilə yaxın işğal altında qalan Laçın hazırda dirçəliş dövrünü yaşayır

Bakı, 30 avqust, AZƏRTAC

Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışı daha da sürətləndirir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri, səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu səfər Azərbaycanın iqtisadi və siyasi gücünün bir daha təqdimatı oldu. Təbii ki, görülən işlərin miqyası Azərbaycanın hansı iqtisadi və maliyyə imkanlarına malik olduğunu nümayiş etdirir. Nəzərə alsaq ki, dövlətimizin başçısının və birinci xanımın bu səfəri Laçın Şəhəri Gününə təsadüf etmişdir, keçilən yolun təhlili fonunda bu ərazilərin qısa zamanda necə dirçəldiyini aydın şəkildə görmək mümkündür. Laçın şəhərinin işğaldan azad edilməsindən bir il ötdü. 2022-ci il avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza belə bir müjdəni xəbər verdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Otuz ilə yaxın işğal altında qalan Laçın hazırda dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin Laçın Şəhəri Günü bayram tədbirində qeyd etdiyi kimi, bu gün artıq dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü və istədiyimizə hər zaman nail olduğumuzu göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O, diqqəti Laçının və Şuşanın işğalına yönəldərək xatırladıb ki, bununla Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı və sonrakı itkilərimizin başlanğıcı məhz bu ərazilərimizin itirilməsi ilə başladı. Müstəqil Azərbaycanın tarixində may ayı faciəli bir ay idi. Mayın 8-də Şuşa, 18-də Laçın işğal edildi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız erməni vəhşiliklərinin şahididir. Bütün ərazilərimiz tamamilə dağıdıldı, Azərbaycan xalqının izlərinin itirilməsi üçün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Ermənilər belə xəyallar qurdular ki, bu torpaqlar onlara məxsusdur, sonadək işğal altında saxlayacaqlar. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt işğalla barışmayacaq, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Torpaqlarımızın azad ediləcəyinə böyük inam var idi. İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Bu gün Şuşada, Laçında toy-bayram edirik. Genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Dövlətimizin başçısı cari ilin hədəflərini açıqlayarkən laçınlıların bu il Laçın şəhərinə qayıdacaqlarını bildirmişdir. İlk mərhələnin 28 May - Müstəqillik Günündə reallaşması bir daha sübut etdi ki, qarşıya qoyduğumuz hədəflərə, planlara vaxtından əvvəl nail oluruq. Avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər.

Deputat onu da bildirib ki, dövlətimizin başçısı İlham Əliyev bayram tədbirindəki çıxışında 50 illik yubileyini laçınlılarla Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində qeyd edərkən verdiyi vədi xatırlatdı: “Dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq”. Bu gün laçınlılar bu xoşbəxtliyi yaşayırlar. Ölkə Prezidentinin vurğuladığı kimi, 60 yaşını Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada qeyd etdi. Avqustun 26-da isə Laçın Şəhəri Günü münasibətilə təşkil edilən bayram tədbirində laçınlılarla bir yerdə oldu. Prezident İlham Əliyev hər bir vədini reallıqda təsdiqləyir. Laçın rayonunda görülən işlərin fonunda dirçələn Azərbaycan reallıqlarını görürük. İşğaldan azad edilmiş ərazilərimizdə tikilən 3 beynəlxalq hava limanından birinin Laçın şəhərində olması bu torpağın strateji əhəmiyyətinə işıq salır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanı 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə veriləcək. Bu torpaqlarımızın malik olduğu imkanlardan səmərəli istifadə etmək üçün hər cür şərait yaradılır.

Malik Həsənov bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlətimizin başçısının işğaldan azad edilən torpaqlara hər bir səfəri buradan Ermənistana ünvanlanan mesajlarla zəngin olur. Bu baxımdan Laçından ünvanlanan mesajlarda da Azərbaycanın atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa əsaslandığı, eyni zamanda, müstəqil siyasət yürütdüyü bir daha özünün aydın ifadəsini tapdı. Prezident İlham Əliyev bildirdi ki, aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Bu mühüm addım beynəlxalq hüquqa əsaslanır. “Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar”, - söyləyən Prezident İlham Əliyev bəyan etdi ki, heç bir şey bizi yolumuzdan döndərə bilməz.

Deputat belə bir ümumiləşdirməni aparıb ki, dövlətimizin başçısının və birinci xanımın Laçın rayonuna səfəri mühüm məqamları, ölkə Prezidentinin bu məkandan mesajları ilə tarixə yazıldı. Laçın Şəhəri Günü bir daha Ermənistana və havadarlarına mesaj oldu - Bu torpaqların sahibi bizik, daim burada olacaq, qurub-yaradacağıq. Müzəffər Ali Baş Komandan belə bir mesajı da çatdırdı: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib