Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355; 2015, № 4, maddə 362; 2020, № 5, maddə 512; 2021, № 12, maddə 1315; 2023, № 4, maddə 453) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1-ci maddəyə “ov yerlərinin” sözlərindən sonra “, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının” sözləri əlavə edilsin.

2. 14.3-cü maddədən “və üzvlük bileti” sözləri çıxarılsın.

3. 18.2.2-ci maddəyə “hər il” sözlərindən əvvəl “ovçular cəmiyyətinin üzvü olduğu halda” sözləri əlavə edilsin.

4. 19-cu maddə üzrə:

4.1. 19.0.1-ci maddə ləğv edilsin;

4.2. 19.0.2-ci maddədə “qurtardıqda” sözü “bitdikdə” sözü ilə əvəz edilsin;

4.3. 19.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“19.0.8. heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin