MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Akkreditasiyadan keçmiş yerli media nümayəndələri vəsiqələrini mayın 11-də ala bilərlər
Bakı, 10 may (AZƏRTAC). “Eurovision - 2012” mahnı müsabiqəsini işıqlandırmaq üçün akkreditasiyadan keçmiş yerli media nümayəndələri və fanatlar vəsiqələrini mayın 11-də saat 11.00-dan 18.00-dək ala bilərlər.
“Eurovision - 2012” mahnı müsabiqəsinin işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, vəsiqələr Dövlət Bayrağı Meydanı ərazisindəki Akkreditasiya Mərkəzində şəxsiyyəti təsdiqləyən sənəd (şəxsiyyət vəsiqəsi) əsasında veriləcəkdir.
Eurovision.tv saytında akkreditasiyadan keçməsinə dair təsdiq alan yerli media nümayəndələri və fanatların mayın 11-də şəxsiyyəti təsdiqləyən sənədlə Akkreditasiya Mərkəzinə müraciət etmələri xahiş olunur.
Akkreditasiya vəsiqələri “Eurovision - 2012” mahnı müsabiqəsində media nümayəndəsi kimi fəaliyyət göstərməyə əsas verən sənəddir.
Avropa Yayımları Birliyinin qaydalarına əsasən, mətbuat akkreditasiyası ilə “Eurovision” mahnı müsabiqəsinin əsas məşqləri və canlı konsertlərində (21, 23, 25 may əsas məşqlər, 22, 24, 26 may canlı şou konsertləri) iştirak etmək və çəkiliş aparmaq qadağandır.