MƏDƏNİYYƏT
Özbəkistan portalında azərbaycanlı alimin tərcümə etdiyi əsərlə bağlı məlumat yer alıb
Daşkənd, 22 noyabr, АZƏRTAC
Özbəkistanın sof.uz portalında Bakı Dövlət Universitetinin professoru, bu ali məktəbin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini başa çatdırması ilə bağlı material verilib.
AZƏRTAC xəbər verir ki, “Xəmsə”nin redaktoru özbək alimi, nəvaişünas Dilnəvaz Yusupovadır.
Ramiz Əskər uzun illərdir türk, özbək, tatar, qazax, qırğız və digər xalqların ədəbiyyatını Azərbaycan dilinə çevirir və alim bu istiqamətdə işini davam etdirir.
Yazıda vurğulanır ki, alim böyük Baburun “Baburnamə” əsərini də Azərbaycan dilinə çevirib. Ümumiyyətlə Ramiz Əskərin klassik və müasir özbək ədəbiyyatından 9 kitabı işıq üzü görüb, 100-dən artıq məqalə yazıb.
Xatırladırıq ki, Ramiz Əskər Nəvai şəhərinin fəxri vətəndaşıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd