Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlara dair regional forum keçirilib

Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlara dair regional forum keçirilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 11-də Şəmkir şəhərində “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda regional forum təşkil olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, özəlləşmə nəticəsində bölgələrdə mütərəqqi texnologiyaların tətbiq edildiyi yeni müəssisələr açılır, biznes mühitində investorlar təbəqəsi genişlənir, o cümlədən fəaliyyətini dayandırmış müəssisələrin yenidən bazar iqtisadiyyatına cəlb edilməsi istiqamətində görülən işlərin effektivliyi artır. Bu strateji hədəflərin reallaşdırılması üçün innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) iştirakı ilə keçirilən budəfəki forumda Şəmkir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, ətraf rayonlardan olan 70-dək sahibkar, iş adamı iştirak ediblər.

Forumun əsas məqsədi sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır. Eləcə də ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktik addımların atılması da tədbirin əsas vəzifələrindəndir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdirinin müavini Yalçın Camalov bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu imkanlar özəlləşməyə cəlb edilən investorların sayının çoxalmasına səbəb olur. Mütəmadi olaraq sahibkarlarla, iş adamları ilə görüşlərin keçirilməsi də özəlləşmədə iştirak edən investorların artımına şərait yaradır. İstər xarici sərmayəçilər, istərsə də yerli investorlarla görüşlər zamanı onlara özəlləşmə sahəsində tətbiq edilən yeniliklər, həyata keçirilən innovativ addımlar, özəlləşməyə çıxarılan müəssisələr barədə ətraflı məlumat verilir. Reallaşdırılan bu tədbir də özəlləşmə sahəsində göstərilən fəaliyyətin məcrasının genişlənməsinə, biznes mühitinə yeni investorların qoşulmasına, bölgənin iqtisadi potensialının artmasına imkan verən müəssisələrin açılmasına təkan verəcək.

Şəmkir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev deyib ki, son dövrlər ölkədə, eləcə də Şəmkirdə investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Qeyd edib ki, investorların cəlb olunması, bu sahənin daha da inkişafı üçün Şəmkirdə geniş imkanlar və perspektivlər mövcuddur.

ASK-ın şöbə müdiri Fərhad Osmanov qeyd edib ki, sadə və onlayn prosedurlarla özəlləşmə prosesinin həyata keçirilməsi investorların bu sahəyə marağını artırıb. Özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sektor müdiri Nurlan Verdiyev “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Sahibkarlar Şəmkir şəhəri və ətraf rayonlar üzrə özəlləşdirilməsi nəzərdə tutulan 30-dək müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssisələrin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, bu müəssisələrin 15-i xidmət, 10-a yaxını istehsal, 2-si kənd təsərrüfatı, 1-i səhiyyə, biri isə sənaye sahələrinə aiddir.

Qeyd edilib ki, tətbiq olunan mütərəqqi yeniliklər, müasir yanaşmalar nəticəsində özəlləşmə hazırda keyfiyyətcə yeni mərhələdədir. Ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il martın 7-də imzaladığı Fərmanına əsasən, müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib. Strateji Yol xəritələrində də Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılması məqsədilə özəlləşmə ilə bağlı islahatların həyata keçirilməsi əsas hədəflərdəndir. Artıq aparılan islahatlar nəticəsində bu sahədə idarəetmənin modernləşdirilməsi, prosedurların elektronlaşdırılması, operativliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib. Özəlləşmə prosesində elektron xidmətlərin göstərilməsi, elektron hərracın tətbiqi, eləcə də hərracları onlayn izləmək imkanının olması geniş investor kütləsinin prosesə cəlb edilməsinə, özəlləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına şərait yaradıb.

Hazırda özəlləşmə ilə bağlı keçirilən hərraclara dair 10 elektron xidmət göstərilir. 2016-cı ildən etibarən ümumilikdə 660-dək hərrac keçirilib. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq, 30-dan çox vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 350-yə yaxını isə elektron şəkildə həyata keçirilib. Ümumilikdə hərracların 250-dək isə rəqabətli şəkildə baş tutub.

Dövlət müəssisələrinin özəl investisiyalar cəlb olunmaqla tam şəkildə modernləşdirilməsi, həmin müəssisələrdə yeni avadanlıq və texnologiyaların quraşdırılması, məhsulların çeşidinin artırılması və yeni iş yerlərinin yaradılmasına nail olunması məqsədilə istehsal təyinatlı müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir. Belə ki, son dövrlərdə iqtisadiyyatın ayrı-ayrı, o cümlədən maşınqayırma, sənaye, balıqartırma sahələrinə aid iri müəssisələr investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu müəssisələrə yeni və müasir avadanlıq və texnologiyaların cəlb edilməsi, ölkədə rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü məhsullar istehsal olunması məqsədilə 100 milyon manatdan artıq investisiya qoyuluşu və 1200-dək iş yerinin açılması nəzərdə tutulub.

Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsilə satışa yönəldilir. Bu zaman dövlət əmlaklarının altında yerləşən torpaq sahələri həmin əmlakların bazar dəyərinə daxil edilməklə, birlikdə özəlləşdirilir. Belə işlərin əsas məqsədi sahibkarların müvafiq əmlakları təkrar bazardan deyil, daha əlverişli bazar olan - hərrac və müsabiqələrdən əldə etməsidir. Özəlləşmə prosesinə strateji investorların cəlb edilməsi məqsədilə komitə tərəfindən 400-dən çox beynəlxalq investisiya fondlarına, iri maliyyə təşkilatlarına, transmilli korporasiyalara müraciətlər göndərilib, biznes forumlarda təqdimatlar edilib.

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən “Özəlləşdirilmə portalı” bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Nəticədə isə portala baxış sayı 2 milyon 600 mini ötüb. Vətəndaşlar özəlləşmə ilə bağlı müraciətlərini portalda olan onlayn pəncərə vasitəsilə də ünvanlaya bilirlər. “Özəlləşmə portalı”na 9 minədək onlayn müraciət olunub. Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2019” başlıqlı bölməyə daxil olmaqla da investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür. Gündəlikdə yeni açılan 300-dək müəssisə haqqında bütün məlumatlar yerləşdirilib. Özəlləşmə sahəsindəki statistika 2016-2019-cu illər üzrə belədir: 660-dək hərrac keçirilib, özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 350-dək elektron şəkildə reallaşdırılıb, hərracların 250-yə yaxını rəqabətli şəkildə baş tutub, 30-dan çox vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb, “Özəlləşdirmə portalı”na baxış sayı 2 milyon 600 mini ötüb, portala 9 minədək onlayn müraciət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH