DÜNYA
Pakistanda universitetə hücum: azı 9 nəfər ölüb, 37 nəfər yaralanıb
Bakı, 1 dekabr, AZƏRTAC
Pakistanın Xeybər-Pahtunhva əyalətində yerləşən Pişəvar şəhərində Kənd Təsərrüfatı Universitetinin kampusuna hücum nəticəsində azı 9 nəfər ölüb, 37 nəfər yaralanıb.
Bir qədər əvvəl 16 nəfərin xəsarət aldığı bildirilirdi.
AZƏRTAC xəbər verir ki, Pakistan KİV-lərinin yaydığı məlumata görə, bu gün səhər saatlarında üzlərinə maska taxmış naməlum silahlı şəxslər universitet binasına daxil olaraq tələbələri atəşə tutublar. Həmçinin onların tələbə yataqxanasına da hücum etdikləri bildirilir.
Polisin keçirdiyi əməliyyat nəticəsində hücum edənlərin hamısı öldürülüb.
Son məlumata əsasən, terror aktının məsuliyyətini Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Taliban” qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]