İDMAN
Paul Mcgrath: Bakıda keçirilən digər yarışlar kimi “EYOF Bakı 2019”da da təşkilatçılıq yüksək səviyyədədir
Bakı, 23 iyul, AZƏRTAC
Fiziki hazırlığımda məşqçim Alexandro yardım göstərib. Yarışda nəticə əldə etmək üçün çox məşq etmişəm. Mənə elə gəlir ki, hədəfimizə nail olduq.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının axşam sessiyasında idman yarışı üzrə gümüş medalı qazanan İspaniya təmsilçisi Paul Mcgrath AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Bakıda keçirilən digər yarışlar kimi “EYOF Bakı 2019”da da təşkilatçılıq yüksək səviyyədədir.
Paytaxtımızla bağlı təəssüratlarını bölüşən idmançı qeyd edib ki, yarışla əlaqədar Bakını çox gəzə bilməyib. Ancaq avtobusla şəhər daxilində hərəkət edərkən seyr etmək imkanı olub və Bakını çox bəyənib. İspaniya təmsilçisi yarış bitdikdən sonra paytaxtın görməli yerlərini ziyarət edəcəyini söyləyib.