CƏMİYYƏT
Paytaxtda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 18-də Xətai rayonunun İ.İsmayılov küçəsində paytaxt sakinləri Səbuhi Əlixanovun idarə etdiyi “Lada-Piora” və Elçin Mərdanovun sürdüyü “Daewoo” markalı avtomaşınlar toqquşmuşdur.
Qəza nəticəsində S.Əlixanov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, - Bakı sakini Pərvanə Zöhrabova isə xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi rayonunun Y.Hüseynov küçəsində Naftalan sakini Elman Bayramov idarə etdiyi “Mercedes” markalı avtomaşını yolun kənarındakı divara vurmuşdur.
E.Bayramov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.