İQTİSADİYYAT
Paytaxtın bəzi ərazilərinə içməli su məhdudiyyətlərlə veriləcəkdir
Bakı, 6 iyun (AZƏRTAC). Bakı şəhərinin Yasamal rayonu ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işləri ilə əlaqədar iyunun 6-da gün ərzində paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bundan əlavə, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “+70 Dədə Qorqud” su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar iyunun 6-da Hövsan qəsəbəsinə də içməli su gün ərzində müəyyən fasilələrlə veriləcəkdir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.