İQTİSADİYYAT
Paytaxtın Tbilisi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Tbilisi prospektində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 31-i saat 00:00-dan sentyabrın 1-i saat 22:00-dək Bakı şəhərinin Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]