Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Penitensiar Xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Penitensiar Xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımilindəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövründə penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Nazir müavini çıxışı zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, işğaldan azad olunmuş ərazilərdə nəhəng quruculuq işlərinin aparıldığını, yeni strukturların yaradıldığını, müasir innovasiyaların tətbiq olunduğunu bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsində böyük uğurlar əldə edilib, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atılıb, şəhid ailələri və müharibə iştirakçıları dövlət qayğısı ilə əhatə olunub. Xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində xalqa xidmət amalının dayandığı, Vətənin tərəqqisinə xidmət etdiyi, xalqın mədəniyyətinin, təhsilinin və səhiyyəsinin inkişafına töhfələr verdiyi vurğulanıb.

Xüsusilə qeyd edilib ki, qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni istifadəyə verilmiş penitensiar müəssisəyə şəxsən başçəkməsi və orada yaradılmış şəraitlə tanış olması Prezidentin cəmiyyətimizin bütün sosial təbəqələrinə diqqət və qayğısının daha bir nümunəsidir. Dövlətimizin başçısının humanist siyasətinin davamı olan, 213 məhkuma şamil edilmiş 2022-ci il 27 may tarixli Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 168 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Bildirilib ki, nizam-intizamın gücləndirilməsi, karantin rejiminin tələblərinə ciddi riayət olunması nəticəsində koronavirus infeksiyasının penitensiar müəssisələrdə və əməkdaşlar arasında geniş yayılmasına imkan verilməyib, bütün qurumlarda profilaktiki tədbirlər davam etdirilib.

Sonra Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2022-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Diqqətə çatdırılıb ki, ötən dövrdə Penitensiar Xidmət tərəfindən dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları, nazirlik üzrə əmr və göstərişlər rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilib, aidiyyəti tədbirlərin həyata keçirilməsi məqsədilə işlər görülüb. Penitensiar müəssisələrdə təmir və abadlıq işləri davam etdirilib, həbs edilmiş şəxslərin və məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər reallaşdırılıb.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi, sənədləşmənin aparılmasında mövcud olmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib. Virtual qaydada keçirilən iclaslarda xüsusi komissiya tərəfindən məhkəməyə göndərilmiş müraciətlərdən 85 faizdən çoxu təmin edilib.

Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 435 cinayət hadisəsinin qarşısı alınıb.

Hesabat dövründə 20 fakt üzrə narkotik və psixotrop maddələrin və altı fakt üzrə mobil telefonların gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli təşkil olunub. Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində beş il əvvəl Quba rayonunun ərazisində 2 nəfərin, 10 il əvvəl isə Bakı şəhəri Yasamal rayonunun ərazisində bir vətəndaşın qətlə yetirilməsi cinayətinin üstü açılıb. Bundan başqa, birgə tədbirlər nəticəsində barəsində axtarış elan edilmiş 5 nəfər saxlanılaraq istintaqa təqdim edilib, 19 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş bir ədəd tapança, 1 ədəd tüfəng, bir ədəd qumbara və 78 ədəd güllə ərazi polis orqanlarına təhvil verilib.

Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının şəffaf və səmərəli fəaliyyəti, vakant vəzifələrin vaxtında komplektləşdirilməsi nəticəsində Penitensiar Xidmətə 30 nəfər orta rəis heyətinə, 74 nəfər kiçik rəis heyətinə, 17 nəfər isə mülki işə qəbul edilib. Bu ilin birinci yarısında 91 əməkdaşın ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib. O cümlədən, 2022-ci ilin ilk altı ayı ərzində 23 nəfər Vətən müharibəsi iştirakçısı Penitensiar Xidmətdə qulluğa qəbul olunmuşdur.

Avropa Penitensiar Qaydalarının, digər beynəlxalq sənədlərin və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) məhkumların və həbs edilmiş şəxslərin saxlanma şəraiti, xüsusilə onların yaşayış sahəsi ilə bağlı tövsiyələri nəzərə alınmaqla ölkənin müxtəlif regionlarında yeni tipli qarışıq rejimli penitensiar müəssisə kompleksləri inşası davam etdirilir. Bakı şəhəri Zabrat qəsəbəsində yeni konsepsiyada və müasir tipdə inşa edilmiş qadın cəzaçəkmə və yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsi istismara verilib, 2022-ci il martın 30-da 4 saylı cəzaçəkmə və Tərbiyə müəssisələrində saxlanılan məhkumların həmin müəssisəyə köçürülməsi təmin edilib.

Hesabat dövründə vətəndaşların və məhkumların müraciətlərinə baxılmasına xüsusi önəm verilib. Ümumilikdə müvafiq dövr ərzində qəbullar və müraciətlərə baxılması ilə bağlı vətəndaş məmnunluğuna nail olunub, müraciətlərdə qaldırılmış məsələlərə həssaslıqla yanaşılıb və müvafiq tədbirlər görülüb. Məhkumların hüquqlarının təmin olunması, onlara müvafiq hüquqi yardımın göstərilməsi məqsədilə məhkum qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində vətəndaş cəmiyyəti nümayəndələrinin, psixoloqların iştirakı ilə qəbullar təşkil olunub, məhkumları narahat edən məsələlərə aydınlıq gətirilib, məsləhətlər verilib. Vəkillər Kollegiyası ilə əldə olunmuş razılaşmaya əsasən təcrübəli vəkillər tərəfindən qadın məhkumların fərdi qaydada təmənnasız hər ay qəbulu keçirilib. Artıq bu praktika digər cəzaçəkmə müəssisələrində də geniş tətbiq olunur.

Müşavirədə Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb