DÜNYA
Pentaqon rəhbəri: Şimali Koreya rejimin iflasına aparan hərəkətlərdən çəkinməlidir
Bakı, 10 avqust, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) rejimin iflası və xalqının məhvinə gətirib çıxaracaq hərəkətləri nəzərdən keçirməkdən çəkinməlidir.
AZƏRTAC xəbər verir ki, belə bir açıqlama ilə ABŞ-ın müdafiə naziri Ceyms Mattis çıxış edib. O bildirib ki, KXDR özünütəcridə son qoymalı və nüvə silahı əldə etmək niyyətindən imtina etməlidir.
“ABŞ və tərəfdaşlarımız bizi hücumdan müdafiəmiz məsələsində imkanlarını və şərhsiz olaraq sadiqliklərini nümayiş etdirdilər. Kim Çen In BMT Təhlükəsizlik Şurasının çağırışına və bütün dünya hökumətlərinin bəyanatlarına qulaq asmalıdır. Hamı bir səslə bildirir ki, KXDR qlobal təhlükəsizlik və sabitliyə təhlükə yaradır”, - deyə Pentaqon rəhbəri qeyd edib.