Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Poeziyamızda Əli Kərim izi” mövzusunda seminar

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 6-da Xəzər Universitetinin "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisi “Poeziyamızda Əli Kərim izi” mövzusunda onlayn seminar keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Əli Kərimin 90 illiyi münasibətilə təşkil edilib. Universitet müəllimlərinin, Humanitar, Təhsil və Sosial elmlər, Təbiət elmləri və Mühəndislik fakültələri tələbələrinin, həmçinin Cəlilabad rayon Alar kəndi 1 noyabr orta məktəb və Lənkəran şəhər Peşə Liseyi müəllimlərinin də qatıldığı geniş formatda keçirilən bu tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi İntiqam Yaşar iştirak edib.

Əvvəlcə Əli Kərimin öz səsində dillər əzbəri olan “İki sevgi” və “Atamın xatirəsi” şeirləri səsləndirilib. Tədbirin moderatoru Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı seminarın Zəfər Günü və Bayraq Günü ərəfəsində keçirildiyi bir vaxtda Əli Kərim yaradıcılığını Azərbaycan poeziyasının zəfəri kimi mənalandırıb, şairi poeziyamızın qalib bayraqdarlarından biri hesab etdiyini dilə gətirib, şeirlərindən nümunələr söyləyərək, əslində, Əli Kərim şeirinin yeni bir pillə, bir mərhələ təşkil etdiyinə diqqət çəkib.

Unudulmaz şairin oğlu dosent Paşa Kərimov 44 günlük Vətən müharibəsindən qalib çıxan xalqın övladı kimi Əli Kərimin “Qaytar ana borcunu” şeirinin diqqət edilsə, elə “Qaytar Vətən borcunu” demək olduğunu söyləyib, Əli Kərimin yaradıcılıq bioqrafiyasından maraqlı məqamlara toxunaraq, onun böyük türk şairi Nazim Hikmətlə görüşündən, şairin şeirlərindəki dərin psixologizmdən söz açıb.

Şair İntiqam Yaşar Əli Kərimi poeziyamızda hadisə kimi dəyərləndirərək, ona olan sevgisinin məktəbli yaşında ikən oxuduğu “Babəkin qolları” şeiri ilə yarandığını dilə gətirib, şeirlərindən misallar çəkərək, iştirak etdiyi görüşlərdə oxuculara həmişə şairin kitablarını da hədiyyə etdiyini söyləyib.

Dosent Günay Qarayeva Əli Kərim yaradıcılığının bir özəlliyinin də şairin həyatı dərindən dərk etməsində olduğunu deyib, onun şəxsiyyəti ilə yaradıcılığı arasında müvazilik gördüyünü vurğulayıb. “Adi bir detalı süjetə, poetik obraza çevirmək ustalığı vardı, obrazı mətnə çevirirdi, amma bu mətn də genişlənmirdi, elə öz “bətnində” ümumiləşirdi”,- deyə bildirib. G.Qarayeva üslub polifonizminə rəğmən şairin fərdi üslubla, metaforik kontrastlarla meydana çıxdığını, bir çox şeirlərinin təzadlar üzərində qurulduğunu bildirib. Bu kimi orijinal məziyyətlərini Əli Kərimin bənzərsiz poetik istedadı ilə əlaqələndirib.

Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Gülşanə Xudiyeva şairin “Həmişə səfərdə”, “O qıza” adlı məşhur şeirlərini özünəməxsus intonasiya ilə tədbir iştirakçılarına çatdırıb.

Cəlilabad rayon Alar kənd 1 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şövqi Hüseynzadə şairi Nazim Hikmətlə müqayisə edib və təkcə “Qaytar ana borcunu” şeirinin deyil, “Azərbaycan”, “Babəkin qolları”, “Şəhidliyin zirvəsi” şeirlərinin də dərsliklərə salınmasının faydalı olduğunu söyləyib.

Lənkəran Peşə Liseyinin müəllimi Etibar Nəhmətli çıxışında “obraz” sözünün etimologiyasına, mahiyyətinə vararaq, Əli Kərimin həyatdakı obrazları “simalandırıb, sürətləndirib” gözlənilmədən poetik obrazlara çevirdiyindən danışıb, şeirlərinin gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıb.

Bir qədər fərqli formatda keçən seminarda Təbiət elmləri və Mühəndislik fakültəsinin tələbələrindən Zöhrə Həmidova, Səmanə Nəhmətzadə, Nuranə Şabılı, Zərbab Nəsirli şairin şeirlərini səsləndirib, onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar.

Sonda Paşa Kərimov suallara cavab verib, tədbirin təşkilatçılarına minnətdarlıq ifadə edib.

Kimya-biologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri Cəmalə Yadigarova, Gülnaz Hüseynzadə, Zöhrə Həmidova, Zəhra Sadıqzadə, Arzu Azayeva Əli Kərimə həsr etdikləri təqdimatları "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisinin elektron kitabxanasına hədiyyə ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub VİDEO

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub VİDEO

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür VİDEO

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür VİDEO

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb