DÜNYA
Polşa Prezidenti Andjey Duda Kiyevə gəlib
Bakı, 23 avqust, AZƏRTAC
Polşa Prezidenti Andjey Duda Ukrayna rəhbərliyi ilə bu ölkəyə hərtərəfli dəstək məsələlərini müzakirə etmək üçün Kiyevə səfər edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşa liderinin dəftərxanasının rəhbəri Pavel Şrot bildirib.
“Prezident Andjey Duda Kiyevə gəlib. O, buraya Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə səfər edib. Səfər proqramına Prezidentlə görüş, Ukraynaya avadanlıq baxımından hərbi dəstək, habelə iqtisadi, humanitar və siyasi mənada dəstək barədə danışıqlar daxildir”, - Pavel Şrot belə deyib.
Onun sözlərinə görə, Polşa Prezidenti daha sonra “Krım platforması” sammitində iştirak edəcək.
2021-ci ildə Ukrayna Prezidenti tərəfindən əsası qoyulmuş “Krım platforması” yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırıması üçün məşvərət və kommunikasıya formatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]