İDMAN
Polşada keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizəyə qoşulmuşlar [YENİLƏNİB]
Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev finaladək inamla irəliləmişdir. Güləşçimiz ardıcıl olaraq bolqarıstanlı Petrov Nedyalko, polşalı Yakoub Karoleviç və rusiyalı Aleksey Kinjiqalievdən üstün olmuşdur. Həlledici qarşılaşmada idmançımızın rəqibi Rumıniya təmsilçisi Aleksandru Botez olacaqdır.
Orxan Nuriyev (96 kq) macarıstanlı Zsolt Torokdan üstün olsa da, Norveç güləşçisi Feliks Baldauf ilə görüşdən məğlub ayrılmışdır. Rəqibin finala yüksəlməsi təmsilçimizə Türkiyə güləşçisi Fatih Başköy ilə təsəlliverici görüşə çıxmaq imkanı vermişdir. Bu görüşdən qalib ayrılan Orxan Nuriyev gürcüstanlı Kukuri Kirtsxalia ilə bürünc medal uğrunda yarışacaqdır.
X X X
18:15
Bakı, 21 iyun (AZƏRTAC). Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulmuşlar.
Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşmişdir. İbrahim Nurullayev (50 kq) bolqarıstanlı Petrov Nedyalko ilə, Kərim Cəfərov (60 kq) macarıstanlı Erik Torba ilə, Hacımurad Bağmanov (74 kq) belaruslu Timur Berdiyevlə, Orxan Nuriyev (96 kq) isə macarıstanlı Zsolt Torokla qarşılaşacaqlar.