DÜNYA
Polşadakı sovet heykəllərini muzeydə saxlamaq qərara alınıb
Varşava, 29 iyun, AZƏRTAC
Polşanın hakimiyyət orqanları sovet dövründə bu ölkənin hər yerində ucaldılmış 200-dən çox heykəl, monument və xatirə simvollarının sökməyə hazırlaşırlar. Sovet dövründən qalmış abidələri ölkənin şimalında, vaxtilə sovet hərbi bazasının yerləşdiyi Borne-Sulinovo şəhərinin yaxınlığında açıq səma altında yerləşən muzeydə saxlamaq planlaşdırılır. Parkın 2017-ci ilin sentyabr ayında açılması nəzərdə tutulur.
Polşa Dövlət Milli Xatirə İnstitutunun hesablamalarına görə, 229 monument sökülməlidir. İnstitutun vitse-prezidenti Pavel Ukelski bildirib ki, hərbi qəbiristanlıqlarda qoyulmuş abidələr sökülməyəcək.
O deyib: “Polşa dövləti müharibə dövründə həlak olmuş sovet əsgərlərinin məzarlarının qorunmasına bundan sonra da maksimum hörmətlə yanaşacaq”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]