İDMAN
Portuqaliya Futbol Federasiyasının nümayəndə heyəti “Bakı” klubunun təlim-məşq bazasında olmuşdur
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Portuqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karlos Qodinyonun başçılıq etdiyi nümayəndə heyəti “Bakı” futbol klubunun təlim-məşq bazasında olmuşdur.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, səfərin əsas məqsədi “Bakı”nın təlim-məşq bazası, burada yaradılan şərait və infrastrukturla tanışlıq olmaqdır.
Qonaqlar “Bakı”nın icraçı direktoru Yaşar Seyidov ilə görüşmüşlər. İcraçı direktor qonaqlara baza barədə ətraflı məlumat vermişdir.
Portuqaliya milli komandası dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə birgə F qrupunda yer almışdır. Gələn il martın 26-da milli komandamız Bakıda Portuqaliya yığmasını qəbul edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]