Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEV ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN İNZİBATİ BİNASININ YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN İNZİBATİ BİNASININ YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə binanın ətrafında yaradılan şəraitlə tanış oldu.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirdi ki, ümumi sahəsi 10 min 190 kvadratmetr olan fasad müasir formada yenilənmiş, ətrafda abadlıq işləri görülmüş, binanın qarşısında 1500 kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, fəvvarələr kompleksi quraşdırılmışdır. Üzlük daşlarla döşənmiş ərazidə “Azad qadın” heykəlinin postamenti də yenidən mərmərlə üzlənmişdir. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır.

Sonra Prezident İlham Əliyev bina ilə yaxından tanış oldu.

Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aztəminatlı insanlarla, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi veteranları ilə görüşlərindən çəkilən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdə tikdirdiyi və dövlətimizin başçısının iştirakı ilə açılışı olan yaşayış binaları barədə məlumat verildi. Bildirildi ki, 1999-2008-ci illərdə əlil və şəhid ailələrinin istifadəsinə 2763 mənzil verilmişdir. Bu kateqoriyadan olan insanlara təkcə 2009-cu ildə 700-dən çox mənzil verilmişdir.

Bildirildi ki, ümumi sahəsi 15 min 489 kvadratmetr olan 18 mərtəbəli binada müasir dizaynla yenidənqurma işləri aparılmış, təhlükəsizliyə nəzarət kameraları, müasir tələblərə uyğun holl, turniket sistemi, postterminallar quraşdırılmışdır.

Binada 260 nəfərlik konfrans zalı, 150 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Videokonfrans zalı bölgələrlə birbaşa əlaqə saxlamaq üçün müasir kompyuter avadanlığı, monitorlar və proyektor, işıqlanma sistemi ilə təchiz olunmuşdur. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, nazirlikdə yeni yaradılan bu sistem yerlərdən məlumatları dərhal qəbul etməyə, məsələləri operativ həll etməyə, paytaxta gəlmək imkanı olmayan vətəndaşların suallarını videoəlaqə vasitəsilə cavablandırmağa imkan verir. Hazırda Naxçıvan, Qusar və Gəncədə belə mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin sayı gələn il daha da artırılacaqdır. Qeyd olundu ki, nazirliyin binasının açılış mərasimi zamanı birbaşa videoəlaqəyə qoşulan bölgələrdə və onlara yaxın ərazilərdə yaşayan Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə 88 avtomobil veriləcəkdir.

Naxçıvan, Qusar və Gəncə ilə yaradılmış birbaşa videoəlaqə zamanı Prezident İlham ƏLİYEV dedi:

- Sabahınız xeyir olsun. Mən sizi ürəkdən salamlayıram. Sizi yaradılmış bu gözəl şəraitlə əlaqədar canlı bağlantı vasitəsilə təbrik edirəm. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni binasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Burada, bu binada çox gözəl şərait yaradılıb, o cümlədən artıq ən müasir, qabaqcıl texnologiyalar da tətbiq olunub ki, biz bu gün sizinlə bu görüşü keçiririk. Ümumiyyətlə, demək istəyirəm ki, bu nazirliyin çox böyük funksiyaları vardır. Azərbaycanda çox güclü sosial siyasət aparılır. Sosial siyasət bizim ümumi siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycanın artan iqtisadi imkanları gücümüzü artırır və beləliklə, sosial siyasəti daha da uğurlu aparmaq üçün bizə şərait yaradır. Biz çalışırıq ki, bütün sosial məsələlər vaxtında və yüksək səviyyədə həllini tapsın.

Ünvanlı sosial yardım Azərbaycanda bir neçə ildir ki, təşkil olunubdur və minlərlə, on minlərlə Azərbaycan vətəndaşı dövlətdən bu yardımı alır. Əmək bazarının tənzimlənməsi işində nazirliyin çox vacib funksiyaları vardır. Bu gün bu məsələlərə xüsusi diqqət göstərilməlidir. Bilirsiniz ki, Azərbaycan dövləti Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün öz qayğısını əsirgəmir. Bütün bölgələrdə evlər tikilir, mənzillər, avtomaşınlar verilir və bu gün isə biz bu gözəl tədbiri keçiririk. Biz bu gün Naxçıvan, Gəncə və Qusarla əlaqədəyik. Bu bölgələrdə yaşayan soydaşlarımız bu gün bu maşınları alacaqlar.

Mən bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı öz rayon və şəhərlərinizin sakinlərinə çatdırasınız. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bundan sonra da Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması və sosial məsələlərin həlli üçün öz səylərini göstərəcəkdir. Bunun üçün bizim həm iqtisadi imkanlarımız, həm də güclü siyasi iradəmiz vardır. Biz əsas istiqamətimizi bunda görürük - güclü iqtisadiyyat və güclü sosial siyasət. Keçən il dünyanı bürümüş iqtisadi böhran məhz bu siyasətin nəticəsində Azərbaycandan yan keçib. Nəyə görə? Çünki biz görülən tədbirlərlə, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığımız işlərlə böhranın acı nəticələrini minimum səviyyəyə endirə bilmişik.

Sosial məsələlərin həlli bundan sonra da işimizdə prioritet məsələ kimi qalacaqdır. Hər şey Azərbaycan xalqı üçün olmalıdır və Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşamalıdır. Bu gün hələ ki, ağır vəziyyətdə, yoxsulluq şəraitində yaşayanlara da Azərbaycan dövləti öz yardımını göstərəcəkdir. Ancaq o da həqiqətdir ki, son illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enmişdir. Bu da işlərimizin ən gözəl göstəricisidir. Mən əminəm ki, gələcəkdə də bütün planlarımız həyatda öz əksini tapacaq və Azərbaycanın bütün bölgələrində işlər ən yüksək səviyyədə görüləcəkdir.

Mən Azərbaycanın bütün bölgələrində dəfələrlə olmuşam. Vəziyyətlə tanış olmuşam və bütün müvafiq göstərişləri vermişəm. Regionların inkişaf proqramı, infrastruktur layihələri, sosial proqramlar - bütün bunlar Azərbaycanın bugünkü reallıqlarıdır. Biz uğurla və inamla irəliyə gedirik. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və uğurlar arzulayıram.

Nazir Füzuli ƏLƏKBƏROV: Cənab Prezident, bizim yerlərdəki adamlarımızın Sizə ürək sözləri vardır. İcazə versəydiniz, onlara da söz verərdik.

Prezident İlham ƏLİYEV: Bəli.

Naxçıvan şəhərindən müharibə veteranı: Möhtərəm cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə davam və inkişaf etdirilən Heydər Əliyev quruculuq xətti nəticəsində ölkəmiz sürətlə tərəqqi edir, insanlarımızın rifah halı gündən-günə yaxşılaşır. Naxçıvan Muxtar Respublikasının bütün sakinləri kimi, biz müharibə əlilləri də Sizin diqqət və qayğınızı daim üzərimizdə hiss edirik. Mənzillərlə təmin olunuruq, Prezident təqaüdü alırıq, müalicəmiz vaxtında təşkil edilir, asudə vaxtımızın səmərəli keçməsi üçün bizə hər cür şərait yaradılmışdır.

Bu gün müharibə əlillərinə avtomobillərin təqdim edilməsi Vətən yolunda sağlamlığını itirən insanlara göstərdiyiniz diqqət və qayğının əyani ifadəsidir. Bütün bunlar bizə hədsiz sevinc bəxş edir. O avtomobillər bir tərəfdən bizim rahat hərəkət etməyimizə şərait yaradırsa, digər tərəfdən muxtar respublikanın ictimai həyatında daha fəal iştirak etməyə ruhlandırır.

Cənab Prezident, ölkəmizdə yaradılan əmin-amanlığa və bizə göstərdiyiniz yüksək diqqətə və qayğıya görə muxtar respublikada yaşayan bütün müharibə veteranları və sakinlər adından Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sağ olun.

Qusar sakini: Möhtərəm cənab Prezident, ilk öncə icazə verin Sizi bütün qusarlılar adından salamlayım, Sizə onların dərin hörmət və məhəbbətini çatdırım. Bu gün çox böyük qürur hissi keçirirəm ki, belə bir tədbirdə çıxış etmək mənə nəsib olmuşdur. Çünki çox hörmətli veteranlarımız dövlətimizin göstərdiyi bu qayğının nəticəsində o qədər həyəcanlıdırlar ki, çıxış etməyi mənə həvalə etmişlər.

Cənab Prezident, bu gün respublikamız inkişaf edir, çiçəklənir. Bu inkişaf Qusar rayonundan da yan keçməmişdir. Bu gün rayonumuzda yeni yolların salınması, sosial obyektlərin tikintisi, “Şahdağ” dağ turizmi mərkəzinin - dünyada analoqu olmayan belə bir mərkəzin tikintisi buna əyani sübutdur. Bu gün hər bir Azərbaycan vətəndaşına Sizin tərəfinizdən qayğı göstərilir. Bunun ən gözəl nümunələrindən biri də bu gün veteranlarımıza avtomobillərin paylanılmasıdır. Belə ki, çoxdan arzusunda olduqları avtomobillərin bu gün məhz Sizin tərəfinizdən veteranlara təqdim olunması onların sevincini qat-qat artırmışdır.

Bir daha Sizə bütün veteranlar adından öz dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzu edirik. Cənab Prezident, biz qusarlılar Sizi çox sevirik, həmişə sizinləyik və Sizin siyasətinizi dəstəkləyirik.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Gəncədən videoəlaqəyə qoşulan Qarabağ müharibəsi əlili: Hörmətli möhtərəm Prezident, mən də Qarabağ müharibəsi əlilləri, şəhid ailələri adından Sizə çox sağ olun deyirəm ki, belə bir gündə yenə bizi ətrafınıza yığıb sevindirdiniz. Sizin sosial siyasətiniz nəticəsində bütün müharibə əlillərinə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, ümumiyyətlə, Azərbaycandakı əlillərin hamısına sosial yardımlar, kompensasiyalar, Prezident təqaüdü, mənzillər, evlər, maşınlar verilir. Bunların hamısı biz müharibə iştirakçılarına, xüsusən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə Sizin diqqət və qayğınızın nəticəsidir. Sizin sayənizdə respublikamızın gözəl məkanlarında əlillərin reabilitasiya mərkəzləri tikilərək istifadəmizə verilmişdir ki, orada biz sağlamlığımızı bərpa edirik.

Cənab Prezident, Sizin sayənizdə hər il onlarla müharibə əlili öz müalicələrini respublikamızdan kənarda davam etdirir. Bu gün bizi yenə sevindirməyiniz - bu avtomobillərin bizə hədiyyə edilməsi, biz müharibə iştirakçılarının rifah halının yaxşılaşdırılması onu göstərir ki, Siz bizim üçün əlinizdən gələni edirsiniz. Mən çox şadam ki, bununla ikinci dəfədir Sizinlə görüşürəm. İki il bundan öncə Göygöl rayonunda Siz bizim Qarabağ müharibəsi əlillərinə mənzillərin orderlərini təqdim etmişdiniz. Çox şadam ki, bu gün yenə Sizinlə görüşürəm və Sizin bizə hədiyyə etdiyiniz avtomobillərin birini də mən alacağam. Mən fəxr edirəm ki, ümummilli liderimiz Heydər Əliyevin işlərini layiqincə davam etdirən Sizin kimi Prezidentimiz vardır. Bir daha müharibə əlilləri, şəhid ailələri və xalqımız adından Sizə çox sağ olun deyirik və qarşınızda baş əyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Xoş sözlərinizə görə hamınıza təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, bundan sonra da mən öz fəaliyyətimdə Azərbaycanın inkişafı və Azərbaycanda bütün sosial məsələlərin həlli üçün səylərimi əsirgəməyəcəyəm və Sizinlə yaxın zamanlarda yenidən görüşəcəyik. Bir daha sağ olun, salamat qalın!

X X X

Sonra Prezident İlham Əliyev binanın yuxarı mərtəbələrində yaradılan şəraitlə tanış oldu. Bu mərtəbələrdə xidməti və yardımçı otaqlarla yanaşı, müxtəlif tədbirlərin keçirilməsi üçün zallar vardır.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub