Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Prezident İlham Əliyev göstərdiyi misilsiz xidmətlərlə bu gün ədəbiyyatın qarşısına böyük məsuliyyət yükü qoyub

Prezident İlham Əliyev göstərdiyi misilsiz xidmətlərlə bu gün ədəbiyyatın qarşısına böyük məsuliyyət yükü qoyub

Bakı, 24 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi ildən bu günədək nümayiş etdirdiyi yüksək səriştə və əzmin sirri, ilk növbədə, varislik haqqını qoruyaraq Yola davam etməsindədir. İlham Əliyev bu haqqı qoruyan və bütün sahələrə uğurla tətbiq edən dövlət başçısıdır. Ümummilli Lider Heydər Əliyevin gözəl bir fikir vardı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bunlar Ümummilli Liderin yalnız inamından hasilə gələn fikirlər deyildi, bu inamın kökündə İlham Əliyevin dövlətçilik şüuruna, dövləti sağlam düşüncə və əzmlə idarə etmək və irəli aparmaq gücünə əminliyin diktəsi dayanırdı”.

Bunu AZƏRTAC-a müsahibəsində YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri Elnarə Akimova deyib. O bildirib ki, zaman bu müdrik şəxsiyyətin - Heydər Əliyevin qənaətlərində yanılmadığını sübut etdi. İlham Əliyev sovet epoxasında yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutudur. Azərbaycan işğal altında olan tarixi torpaqlarını azad etdi. Bu, əlbəttə ki, güclü nizami ordunun, xalqın birliyinin və Ali Baş Komandanın siyasi əzmkarlığının nəticəsində qazanılmış qələbə idi. Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı. Məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər ona görə saxlaya bildi ki, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi texnikadan öncə milli enerjinin əzəməti uddu.

“İlham Əliyev göstərdiyi misilsiz xidmətlərlə bu gün ədəbiyyatın, bədii sözün də qarşısına böyük məsuliyyət yükü qoydu. Baş verənləri, yaşanan taleyüklü prosesləri, tarixi reallıqları bədii sözün təcəssüm predmetinə çevirmək, gələcəyin yaddaş məxəzini yaratmaq, qürur və şərəflə yazılmış Zəfər salnaməsinin ədəbiyyatda obrazlaşmasını təmin etmək. Həm də məsələyə son iki yüz ilin fövqündən, tarix müstəvisindən yanaşaraq, daha epoxal, daha sistemli, monumental mətn təfəkkürü ilə.

Əlbəttə, İlham Əliyevin ədəbi obrazını yaratmaq o qədər də asan məsələ deyil. Ötən həftə AMEA Rəyasət Heyətində Prezidentin hakimiyyətə gəlməsinin iyirmi illiyi ilə bağlı təşkil edilən konfransda akademik İsa Həbibbəyli doğru vurğuladı ki, İlham Əliyev liderlik obrazına fərqli və yeni statuslar qazandıran şəxsiyyətdir. Bu mənada, onun ehtiva etdiyi bütün ali statusların məzmun dərinliklərinə enərək layiq olduğu səviyyədə ədəbiyyatlaşdırmaq çağımızın yazıçı və şairindən böyük estetik potensial, kollegial yanaşma tələb edir. Bu gün ölkə başçısının obrazını necə xarakterizə etmək olar? Bütün ali dəyərləri ilə birlikdə, ilk növbədə, sülh və barışıq rəmzi kimi!” - deyə alim əlavə edib.

O, Ali Baş Komandan İlham Əliyevin üzərinə çox ağır missiya düşdüyünü vurğulayıb: “Bir tərəfdən ölkənin rifahını və sabitliyini pozmaq istəyən siyasi cəbhələr, antimilli maraqlara xidmət edən ünsürlər, digər tərəfdən yalnız erməni siyasilərinin, əsgərlərini deyil, erməni vətəndaşlarının belə qana, müharibəyə susayan, Birinci Qarabağ müharibəsində və ondan sonrakı otuz il müddətində “Bakıya qədər gələcəyik!”, “Axırıncı türkü də öldürəcəyik!” şüarlarını səsləndirməkdən usanmayan kor kütlə…

İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Çıxışları hər zaman sülhə, barışığa dəvət çağırışları ilə zəngindir. Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. Azərbaycan Prezidenti bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində dövlət qurur. Son hadisə ilə isə yalnız son otuz ilin yox, iki yüz illik bir dövrün yaraları bütövlənir. Parçalanan, talan olan Azərbaycan hələ Ümummilli Lider Heydər Əliyevin zamanında kor Edip kimi ayağa durub qalxmağa özündə qətiyyət tapmışdı. İlham Əliyev isə Azərbaycanı ona tarixən dəymiş bütün zərbələrin altından zədəsiz çıxarmağı bacardı. Gələcəyə bütöv Azərbaycan ərməğan etmək üçün. Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərəziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib”.

Prezident İlham Əliyevin yalnız Qarabağı bütöv şəkildə geri almağa, Azərbaycanın bütün torpaqlarında Konstitusiya quruluşunu bərpa etməyə deyil, həm də müharibələrə son qoymağa, sülhə nail olmağa çalışdığını vurğulayan E.Akimova diqqətə çatdırıb ki, Azərbaycan hakimiyyətinin, ordumuzun Qarabağda apardığı bütün əməliyyatların, eləcə də son lokal antiterror tədbirlərinin kökündə bu amil dayanırdı. Müharibəyə son qoymaq! Çıxışlarında bu hərəkatların mülki əhaliyə qarşı olmadığını dönə-dönə bəyan edir, bunun əyani sübutlarını mütəmadi ortaya qoyur, dünyaya sübut etməyə çalışır ölkə başçısı. Qarabağdakı ermənilərə öz vətəndaşları kimi müraciət edilməsi, onlara düzgün yol göstərilməsi də həmin bu missiya daxilində dərk ediləsi prosesdir. Sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi Prezident İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! Hər halda bu gün qürur duymalıyıq ki, kimlərinsə utopik şəkildə arzuladığı sivil lider obrazı - böyük şəxsiyyət, güclü siyasi rəhbər, tək ölkəsinin deyil, dünyanın yaxşılığını arzulayan, bunu bəşəriyyət qarşısında məsuliyyət kimi dərk etdirməyə çalışan insanın rəhbərlik etdiyi ölkədə yaşamaq bizim nəsibimiz olub və Ali Baş Komandan İlham Əliyev bu ali dəyərləri, mənəvi-əxlaqi keyfiyyətləri özündə ehtiva edən şəxsiyyətdir! Ölkə başçısının oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngəzurla bağlı Ulu Öndərin fikrinə, mövqeyinə istinadən səsləndirdiyi fikir bunun bir daha sübutu oldu: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

“Bəli, İlham Əliyev fərqli yol tutur və tutduğu yolla əslində xalqın əsrlərlə qazandığı nəcib xalq statusunu təhdid və zərbələrdən qorumuş olur. Onun hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır. Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir və bu yaxınlaşan uzaqlıqlardan bir də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür”, - deyə o fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI