Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEV QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNİN VƏ ŞƏHİD AİLƏLƏRİ ÜZVLƏRİNİN BİR QRUPUNA MİNİK AVTOMOBİLLƏRİNİN AÇARLARINI TƏQDİM ETMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Yevlaxın “Karvan” futbol klubunun stadionunda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üzvlərinin bir qrupu ilə görüşmüş, onlara Gəncədə istehsal olunmuş “Oka” markalı avtomobillərin açarlarını təqdim etmişdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına məlumat verdi ki, buraya 16 rayondan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri gəlmişdir. Onlara 404 ədəd “Oka” markalı avtomobil təqdim olunacaqdır.

Prezident İlham Əliyev Tərtər, Zərdab, Bərdə, Mingəçevir, Göyçay,

Ağcabədi, Ağdam, Goranboy və Şəmkirdən gəlmiş əlillərə və şəhid ailələrinin üzvlərinə avtomobillərin açarlarını təqdim etdi.

Bərdə rayonundan olan Qarabağ müharibəsi əlili dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi: Cənab Prezident, Sizin dörd illik fəaliyyətiniz dövründə həyata keçirdiyiniz tədbirlər ölkəmizin hər yerində olduğu kimi, bizim rayonumuzda da çox böyük rəğbətlə qarşılanır. Uğrunda canımızdan keçməyə hazır olduğumuz Vətənimizin tərəqqisi naminə Sizin imzaladığınız dövlət proqramlarında nəzərdə tutulan tədbirlər bizim rayonda da çox böyük vüsətlə həyata keçirilir. Rayonda 150 Qarabağ müharibəsi əlili var. 36 ailəlik mənzil inşa olunmuş, 24 əlil üçün isə yaşayış binası tikilməkdədir. 3 nəfər əlilə ayrıca mənzil verilmiş və bir nəfər üçün isə fərdi yaşayış evi tikilir.

Bu gün biz, Qarabağ müharibəsi əlilləri üçün çox xoş bir gündür. Hər bir insan nə vaxtsa ölkənin birinci şəxsi ilə görüşməyi, onunla söhbət etməyi, təmasda olmağı arzulayır. Allah-təala bizə bu günü nəsib etdi, xoş duyğuları yaşatdı, Sizinlə görüşdük, əllərinizi sıxdıq. Bizə gələcək xatirələrimizi zənginləşdirən ən xoş duyğular yaşatdınız. Çox sağ olun.

Tərtər rayonundan olan şəhid ailəsinin üzvü də ürək sözlərini söylədi: Cənab Prezident, çox sağ olun. Bu gün Siz bu qədər insanı sevindirdiniz. İndi onların uşaqları evlərində atalarının yolunu gözləyir. Allah Sizi sevindirsin, qorusun. Bizim rayonumuzda da böyük abadlıq işləri gedir. Tərtər nağıllar aləminə oxşayır. Bunların

hamısı Sizin sayənizdədir. Gözəl binalar tikilir, əlillərə yaxşı şərait yaradılır. Qazımız, işığımız, suyumuz daim var, gözəl yaşayırıq. Allah balalarınızla birlikdə Sizi qorusun. Bizə göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi: Sizin hamınızı təbrik edirəm. Siz müxtəlif rayonlardan gəlmisiniz. Çünki burada çoxsaylı maşın paylanılır, 400-dən çox maşın paylanılacaqdır. Xahiş edirəm, mənim təbriklərimi bütün ailə üzvlərinizə çatdırasınız. Eyni zamanda, mənim salamlarımı yaşadığınız rayonun bütün sakinlərinə çatdırasınız. Mən sizin yaşadığınız rayonlarda olmuşam. Bilirsiniz ki, regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram. Görəndə ki, Azərbaycan xalqı daha da yaxşı yaşayır, sevinirəm. Siz bu yaxşı həyata layiqsiniz. Siz Vətən uğrunda döyüşmüsünüz, vuruşmusunuz, öz sağlamlığınızı itirmisiniz. Ona görə əgər dövlət sizə bir balaca kömək göstərirsə, əgər həyatınızı, heç olmasa, müəyyən dərəcədə yüngülləşdirirsə, mən bunu borc kimi hesab edirəm. Azərbaycan dövləti, Azərbaycan hökuməti bu məsələlərə çox böyük diqqətlə yanaşır. Əlbəttə, mən indi Azərbaycanı başqa ölkələrlə müqayisə etmək istəmirəm. Amma yəqin, siz də bilirsiniz ki, bu cür tədbirlər, böyük sayda - yüzlərlə, minlərlə maşının əlillərə hədiyyə edilməsi başqa ölkələrdə yoxdur. Bu, Azərbaycanda var. Ona görə ki, biz istəyirik Vətən uğrunda xidmətlər göstərmiş insanlar dövlət tərəfindən mükafatlandırılsınlar. Siz buna layiqsiniz və əminəm ki, bu gün sizin ailələrinizdə bir bayram günü olacaqdır. Əminəm ki, bu maşınlar sizə yaxşı xidmət edəcəkdir. Amma onu da xahiş edirəm ki, bu maşınları ehtiyatla sürün. Mən bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında bu barədə öz sözlərimi dedim. Bəzi hallarda, xüsusilə Bakı şəhərində, avtomobilləri ehtiyatsız sürür, qaydaları pozurlar. Siz öz davranışınızla bütün sürücülərə yaxşı nümunə göstərəcəksiniz.

Sizi bir daha ürəkdən salamlayıram, təbrik edirəm. Arzum budur ki, Azərbaycan xalqı yaxşı yaşasın, bütün bölgələr inkişaf etsin. Sizin yaşadığınız bölgələrdə də inkişaf var, bunu görürsünüz. Mən istəyirəm ki, daha da sürətlə getsin. Yaxşı binalar, məktəblər, xəstəxanalar, zavodlar, fabriklər tikilsin, evlə təminat yaxşılaşsın, qaz təchizatı yaxşılaşsın. Bilirəm, yaxşılaşır və belə də olmalıdır. Mən istəyirəm ki, xalqımız yaxşı dolansın, iş yerləri olsun, kasıb adam olmasın. Biz bunu etmək üçün çalışırıq və çalışacağıq. Sizi bir daha salamlayıram və bir də xahiş edirəm ki, yaşadığınız rayonlarda bütün bacı-qardaşlarımıza mənim salamlarımı çatdırasınız.

Əlbəttə, əlillərin pensiyasını artırırıq və artıracağıq. Bilirsiniz ki, şəhid ailələrinə böyük məbləğdə pensiya verilir. 4-5 nəfərdən ibarət ailə dövlətdən 400-500 manat müavinət alır. İndi ünvanlı sosial yardım proqramına başlamışıq. Təxminən 300 min insan dövlətdən yardım alır. Orta hesabla hər ailə 80 manat alır. Sizin pensiyalarınız da qaldırılacaqdır. Bunu etmək üçün gərək iqtisadiyyatımız inkişaf etsin. İndi bu inkişaf var, əmək haqqı, pensiyalar artırılır və bu məsələyə yenə də baxılacaqdır. Sağ olun.

X X X

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri dövlətimizin başçısına bir daha dərin təşəkkürlərini bildirdilər.

Sonra Prezident İlham Əliyev sükan arxasına keçərək, avtomobili sürdü və sınaqdan keçirdi.

Dövlətimizin başçısı mükafatlandırılan əlillər və şəhid ailəsi üzvləri ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb